|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
General Mədət Quliyevin portret cizgiləri – Baxış
Tarix 19.05.17, 22:42 |
|
Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin rəisi general Mədət Quliyev oturuşmuş adətlərə, qayda-qanunlara sözsüz əməl edənlərdəndi. Çoxları öz gözləri ilə şahiddi ki, o, yas məclislərinə də gedir, toy-büsatlara da. Ancaq yeri gələndə, bu oturuşmuş adətlərə bir başqa, tamam yad bucaqdan baxmağı da bacarır. Qanrılıb qəfil geri baxmağı da, inanın, çox yaddaqalan, kinematoqrafik bir səhnədir.
Misal üçün, xalqımızın 20 Yanvar şəhidlərinin məzarlarının ziyarətində Mədət Quliyev Şəhidlər Xiyabanını oturuşmuş, bəsitləşmiş protokol qaydasıyla ziyarət etməyib. Yeniyetmə, bığ yeri təzəcə tərləmiş oğluyla birgə ziyarət edib bu xatirə kompleksini. Dövrü mətbuatda çap edilmiş bu fotoların lal səhnələri, belə deyək, çox kövrəkdir. Təsirlidir. Yadda saxlayın, belə ziyarətlərin xatirə fotoşəkilləri təkcə rəqəmsal yaddaşlara deyil, ilk növbədə ürəklərə həkk edilir. Mədət Quliyev, gördüyümüz kimi, belə detallara, incəliklərə, novatorluqlara meyillidir.
Ancaq Mədət Quliyev öz övladını təkcə məhdud, məhəlli milli-mənəvi dəyərlər çərçivəsində böyüdüb boya-başa çatdırmaq da istəmir. Yeri gələndə bu balasının ruhuna kosmopolit bir ovqatı da hopdurub aşılayır. İstəmir onu dünyada əsən səmt küləklərindən kənarda saxlasın.
Misal üçün, dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq mayın əvvəlində vətənimizə gəlib. “Elektra Hall”da onu əhatələyən fanatların içində fotoqraflar qəfil yenidən bu yeniyetmə oğlanın tanış simasını görüb bərk diksiniblər.
Gördüyümüz kimi, Mədət Quliyev bayağı, əzbərçi vətənpərvərlərdən deyil. O, istənilən işə standartdan kənar bir yanaşma da sərgiləməyi bacarır. İnanın, əməliyyatçı peşəsində bu, çox vacib, bəlkə də ən həlledici nüansdır.
Misal gətirdiyimiz bu ilginc faktlar Mədət Quliyev portretinin ilkin ştrixləri, zəif konturları sayıla bilər. Beləliklə, fırçamı barmaqlarım arasında sıxaraq kətan üzərinə ilk cızıqları çəkirəm. Mənzərə tədricən böyüyüb öz əhatəsini genişləndirir. Bir də görürəm dələ tüklü fırçam, kətan üzərinə 60-cı illər Gəncəsinin niskilli, yaddaqalan mənzərələrini həkk edir…
Bax, bu Gəncədə keçirilən məktəblərarası növbəti şahmat yarışması çempionlarıdı. Aralarında bir bəstəboy, lakin çox inadkar birisi hələ uzaqdan hamının diqqətini özünə cəlb edir. Şahmat taxtasını qoltuğuna vuraraq “farağat!” pozisiyasını tutmuş bu 2-ci sinif şagirdinin indi saralmış kollektiv fotolarına baxarkən bəribaşdan sezilir ki, bu inadkar məktəbli gələcəkdə mütləq…hökmən general rütbəsi, paqonları qazanacaq.
Kətan üzərində yaratdığım portret məhz bu ilkin ştrixlərdən sonra öz ilk real məzmununu, görkəmini qazanır.
Beləliklə, Mədət Quliyev məktəblərarası yarışmalarda özünün ilk qələbəsini, gözlədiyimiz kimi, idman sahəsində deyil, yoxxxxx… şahmat oyununda əldə edib. Bu başlanğıc da onu elə bəribaşdan digər əzələ qəhrəmanlarından fərqləndirib. Şahmat ustasına lazım olan taktika və strategiya gedişləri, irəliləmə, geri çəkilmə mexanizmlərinə Mədət Quliyev məhz o günlərdə yiyələnib. Sonra girişib əzələ şişirtməyə, yumruq düyünləməyə.
Müəllimlər hələ o vaxt uzaqdan-uzağa bu istedad sahibini seçib fotolarını Gəncədəki 1 saylı məktəbin şərəf lövhəsinə yapışdırıblar. Atası – mühəndis Qəzənfər Quliyev, anası – ədəbiyyat müəlliməsi Zambaq Quliyeva bu uşaqda çoxtərəfli bir istedad hiss edərək onu təkcə elə şahmat taxtası arxasında oturtmayıblar. Məcbur ediblər bu dəcəl oğlan digər idman növlərinə də mükəmməl yiyələnsin. Eşitdiyimə görə, o zamanlar idmançılara xüsusi ərzaq talonları verilərdi ki, uşaqlar yaxşı qidalanıb ətə-cana gəlsinlər. Bax, bəri başdan mərc gəlirəm – məncə, yarışlara göndərilən idmançılara verilən bu ərzaq talonları bizim gənc Mədətin çantasında olardı əvvəlcə. O da bu talonları sonralar öz idmançı həmkarları arasında insafla bölərdi. Hamı bərabər ölçüdə öz smetan, kolbasa, ət paylarını Gəncədəki “Dinamo” cəmiyyətinin ərzaq dükanından alıb gənc Mədətə “çox sağ ol” deyərdi.
O uzaq günlərdə aktiv idmanla məşğul olan M.Quliyev 18-22 yaşlarında Azərbaycan yığma komandası tərkibində müxtəlif ümumittifaq yarışmalarda, turnirlərdə iştirak edib. Dəfələrlə sambo üzrə yeniyetmələr arasında qalib kürsüsünə qalxıb, boynundakı qızıl, gümüş, bürünc medalların sayını artırıb. 160-dan çox fəxri fərmanla, mükafatla təltif edilib. 21 yaşında idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib.
Molbertə çəkdiyim kətan üzərində artıq Mədət Quliyevin ilkin portret cizgiləri hazırdı. Qarşımızda gənc idmançı canlanır. Boynundan çoxsaylı medallar asılıdır. Bədəni tuncdan tökülüb sanki. Bu bədən ölçülərini Mədət Quliyev inanın, indiyədək qoruyub saxlayıb. Qarın nahiyəsində bir qram belə artıq piy qatı mövcud deyil.
Dövrü mətbuata ara-sıra onun bax bu cür idmançı fotoları hələ də sızdırılır. Yəni ənənə davam edir.
Bədən elə həmin bədəndi. Mədət, elə həmin Mədətdi.
Kətan üzərində cızdığımız bu portret üzərinə 1980-ci ildə hərbi geyim əlavə olunur. Mədət Quliyev payız çağırışıyla sovet ordusu sıralarına çağırılır. Hərbi xidmətini bir müddət Ermənistanda keçir. Sonra Gürcüstanda. 1982-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Gəncənin “Dinamo” cəmiyyətinə qayıdaraq orda təlimatçı işləyir.
Peşəkar əməliyyatçı kadrların hazırlanması sahəsində Mədət Quliyevin təcrübəsi ilk dəfə bioqrafiyasının bax bu mərhələsində formalaşır.
Kətan üzərindəki portretə bir ştrix, epizod əlavə olunur bu vaxt: budur, gənc təlimatçı Mədət Quliyev idman döşəyi kənarında qərar tutaraq öz tələbələrini gələcək döyüşlərə hazırlayır. Kimisini çıxdaş edir komandadan, kimisini yeni idman zirvələrinin fəthinə çağırır.
Yağlı boya ilə çəkdiyim bu portretə mən bir komsomol döş nişanı əlavə edirəm indi. Nişanı Mədət Quliyevin göyümsov kostyumunun sol yaxasına sancıram. Məhz həmin zamanlar o, Gəncə Daxili İşlər İdarəsinin komsomol təşkilatı katibi vəzifəsinə gətirilir. Mülkü geyimi tədricən milis qiyafəsi ilə əvəzlənir. Daxili İşlər Nazirliyi ilə uzun illər davam edən əməkdaşlıq o vaxtdan start götürür. Gənc Mədəti atır dəli ehtirasların, oğru-quldur güllələrinin qabağına.
Çəkdiyim portretə ilk qan ləkəsi ilk dəfə məhz bu zaman əlavə olunur. Hadisə 10 dekabr 1993-cü ildə Gəncənin qatı zülmətə qərq olmuş bir oğru ünvanında baş verir. Sinəsini kor gülləyə sipər edən Mədət Quliyev yaralansa da qəddini əymir. Əməliyyatı sonadək həyata keçirməyi ilə qalır öz həmkarlarının yaddaşında.
Kətan üzərində gəzişən fırçamın sürəti bu andan etibarən birə yüz artır elə bil. Neynək. O vaxt zaman çox iti sürətlə axır, qarşısına çıxanı sel kimi uçuruma sürükləyirdi.
Mədət Quliyev 1994-cü il oktyabr 4-də Gəncə hadisələri zamanı rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə birlikdə, dövlət çevrilişinə cəhd göstərən cinayətkar dəstənin ləğv edilməsində də fəal iştirak edir. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirir.
1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi müavini, 2001-ci ildə isə həmin idarənin idarə rəisi vəzifəsində çalışır.
2002-ci ildə DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində öz peşəsini davam etdirən Mədət Quliyev 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilir. Polis general-mayoru rütbəsinəcən yüksəlir və 2006-cı ildən DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışaraq öz xidməti borcunu şərəflə yerinə yetirir.
O, psixoanalizlə məşğul olmağı sevir, fikirlərini faktlarla, dəlillərlə əsaslandırmağı özünün mənəvi və vətəndaşlıq borcu hesab edir. 5 dildə danışmağı bacaran general-mayor Mədət Quliyev xidməti işi ilə əlaqədar olaraq Amerikada, Avstriyada, Fransada, İtaliyada çox olub.
Molbertdəki portretə indi diqqətlə zillənin. Qarşınızda general poqonlu bir vətən övladı canlanır. O, hərdən velosipedə əyləşir, gücünü verir pedallara. Bayraq meydanından başladığı bir marşrutu Milli Təhlükəsizlik Xidməti binasının qalın palıd qapılarınadək davam etdirir.
Gözəl marşrutdu bu.
Onu xalqımıza, dövlətimizə məhz bu idmançı, velosipedçi, musiqiçi, bir sadə portretdə gördüyünüz Mədət Quliyev hədiyyə edib.
Həmin marşruta hamımızın qoşulmağı vacibdi.
Bu marşruta çoxlarının, xüsusilə də yüksək rütbəli dövlət məmurlarının qoşulması xalqımızı qələbə adlı finişə gətirə bilər əlbəttə. Bu xoş arzu ilə də firçamın son cizgisini vururam.
Portret hazırdır.
Həmid HERİSÇİ(musavat.com)
Xəbərin oxunma sayı : 1678
Maraqlı
Xəbərlər
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
TOP 10
ARXİV