Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Generalın prokurorluqda işləyən qohumunun həbsinin təfərrüatı - əfv üçün 10 min dollar

Tarix 08.11.18, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Prokurorluğun dəftərxana müdiri işləmiş şəxsin həbs edilməsinin təfərrüatları məlum olub.

Musavat.com 2018-ci ilin fevralına qədər Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi - dəftərxana müdiri işləmiş Elçin Qurbanovun 4 il 6 ay azadlıqdan məhrum edilməsinin təfərrüatlarını öyrənib.

Xətai Rayon Məhkəməsində hakim Nazim Tağıyevun sədrliyi ilə çıxarılan hökmə görə Elçin Qurbanov rüşvət alıb.

E.Qurbanov 1993-cü ildən prokurorluq orqanlarında işləyib. E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib.

O, dələduzluqda ittiham edilir. Qurbanov həbsdə olan şəxsin adını əfv siyahısına qaldıracağı vədi verərək dələduzluq etməkdə günahlandırılıb.

İttihamda göstərilir ki, Qurbanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə 7 il azadlıqdan məhrum edilən Qulu Hüseynovun həbsdən buraxılmasına kömək edəcəyini deyib.

Cinayət işinin materiallarında yazılır ki, prokurorluq əməkdaşıyla Qulu Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə Qurbanovla tanış olub.

Elçin Qurbanov vəd verib ki, tanışları var və Qulu Hüseynovun əfv siyahısına salınmasına kömək edəcək.

Amid Hüseynovun iddiasına görə, o, Elçin Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb.

İstintaqda ifadə verən Elçin Qurbanov isə deyib ki, qarşı tərəfin ona qərəzi olduğu üçün haqqında həqiqətə uyğun olmayan ifadələr verib. Onun sözlərinə görə, Amid Hüseynov Əfv Komissiyasına atasıyla bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını eləyib, ərizə yazıb. Sabiq prokurorluq əməkdaşı bildirir ki, köməyin müqabilində heç kimdən pul almayıb.

İfadəsinin davamında Elçin Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 saylı cəzaçəkmə müəssisəsinə getdiyini, orada Qulu Hüseynovla görüşdüyünü də təsdiqləyib.

O da məlum olub ki, məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. Elçin Qurbanovun sözlərinə görə, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll eləsin. Çünki oğlu ölkədə olmurdu: “Etibarnamə verilsə də, faktiki məndə olmayıb. Nə də o etibarnamədən istifadə eləmişəm”.

Zərərçəkmişin ona qarşı qərəzli olmasını isə E.Qurbanov ailə məsələsi ilə əlaqələndirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.312 (rüşvət verməyə təhriketmə) maddələri ilə günahlandırılan E.Qurbanov ittihamı qəbul etmir və özünü təqsirli bilmir.

Əldə etdiyimiz məlumata görə, Elçin Qurbanov həbsdə olan general Sübahir Qurbanovun qohumudur.

Qeyd edək ki, Sübahir Qurbanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayordur. Sübahir Qurbanov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 262

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda