Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

General qaldığı otelin pulunu ödəmədi – Qalmaqal + FOTO

Tarix 29.03.17, 6:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.

İstefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın “AzeriDefence” portalı bildirir.

İstefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu. Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı.

Belə bir kadrın birdən-birə istefaya göndərilməsinin səbəbi indi çoxlarını düşündürür. Bəs Elbrus Orucov niyə istefaya göndəilib.

“Qaynar”a daxil olan məlumata görə, general-mayor bu ilin 21-24 mart tarixlərində Gürcüstanda səfərdə olub və “Tiflis Palace” otelində qalıb. Lakin o, otelə ödəməli olduğu 783.73 larini (318.60 dollar) ödəməkdən imtina edib. Bu barədə otel nəzarətçisi Nino Çavçavadzenin adından Azərbaycanın Gürcüstandakı səfirliyinə göndərilmiş məktubda bildirilir.

Nino Çavçavadze məktubunda yazır ki, Elbrus Orucov Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi tərəfindən pulun ödəniləcəyini bildirib.

1490714538_1197753_fanat_az
1490714597_1760674_fanat_az
1490714615_1688889_fanat_az





Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap