Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər ... - Rüşvət almaqda ittiham edilirdilər

Tarix 10.05.21, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


DSX Sahil Mühafizəsinin həbs edilən digər vəzifəli şəxsləri azadlığa buraxılıb. Belə ki, Bakı Hərbi Məhkəməsi düz bir il əvvəl keçirilən "DSX əməliyyatı" ilə bağlı hökmü elan edib.

Hökmə əsasən DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onların hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verib.

Qeyd edək ki, DSX zabitləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Bildirək ki, bu iş üzrə məhkəmə istintaqı davam edən ərəfədə general-leytenant Əfqan Nağıyev barəsində cinayət işinə xitam verilmişdi. Generalın günahsızlığı sübuta yetirilmişdi. Bunun ardınca general Vətən Müharibəsində öz mövqeyində xidmətdə olub. General xidmətlərinə görə "Qarabağ" ordeni ilə təltif olunub.



Xəbərin oxunma sayı : 835




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap