Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Geyimlərinin qiyməti 1 illik maaşları qədərdir: Məmurlara biznes niyə qadağan edilmir?

Tarix 12.05.22, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


Sosial-iqtisadi inkişafa nail olmaq, bunu reallaşdırmaq üçün korrupsiya və rüşvətxorluqla mübarizə  birinci şərtdir.  

Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq, inhisarçılığa qarşı ciddi islahatların aparılmasına baxmayaraq, məmur bürokratiyası, məmur biznesi kimi neqativlər hələ də gündəmdədir.

Məmur biznesinin ölkə iqtisadiyyatına ziyanı barədə SİTAT.İNFO-ya danışan ekspert Əkrəm Həsənov bildirdi ki, məmurlar öz vəzifələrindən sui-istifadə edərək  iqtisadi inkişafın təməl prinsiplərini pozurlar: 
"Məmur biznesinin ölkə iqtisadiyyatı üçün ən böyük ziyanı odur ki,  korrupsiyaya aparır. Məmur öz biznesini müdafiə etmək, inkişaf etdirmək üçün daha imtiyazlı vəziyyət yaradır. Rəqiblərini bu sahədən çıxarmağa çalışır. Rəqiblərinin işinə icazə vermir və ya müəyyən çətinliklər yaradır. Bu həmçinin, inhisarın, qeyri-sağlam rəqabətin yaranmasına səbəb olur. Bazar iqtisadiyyatının inkişafı 3 təməl prinsipdən asılıdır ki, bunun birincisi, mülkiyyət hüququnun qorunmasıdır. Bəzən məmurlar digər sahibkarların əmlaklarını qanunsuz şəkildə əllərindən almaqla mülkiyyət hüququnu pozurlar". 

Açıklama yok.

Ə. Həsənovun sözlərinə görə, ikinci əsas şərt  müqavilə öhdəliklərinin yerinə yetirilməsidir ki, biznesmen məmurlar bundan yan keçə bilirlər: "Məmur biznesi, bəzi hallarda, öhdəlikləri icra etmir. İş məhkəməyə düşəndə məsələnin öz xeyirlərinə həlli üçün məhkəməyə təyziq edirlər. Üçüncü nüans, sağlam rəqabət mühitidir. Məmurlar sağlam rəqabətə imkan vermirlər. Nəticədə, Azərbaycanda sahibkarlığa təşəbbüs azalır, inhisarçılıq meydana gəlir".

Əkrəm Həsənov bildirdi ki, buna qarşı mübarizə aparmaq üçün məmurlar öz gəlirlərini bəyan etməlidirlər: "Dövlət məmurlarının  gəlir və xərc bəyannaməsi haqqında qanun qəbul olunmalıdır. Eyni zamanda onların ailə üzvlərinin də gəlir və xərclərinə nəzarət olmalıdır. Çünki,məmurlar bizneslərini öz adlarına yox, qohumlarının adlarına açırlar. Məmurlar öz mülkiyyətlərini, maaşdan əlavə gəlirlərini bəyan etməlidirlər. Bu gün bunu müəyyən etmək olmur. Məmurların və onların ailə üzvlərinin geyimlərinin qiyməti, demək olar ki, onların illik maaşları qədərdir".



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap