Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gizli Amerika-Suriya görüşü – yeddiillik savaşın sərt mərhələsi hələ qabaqdadır – Təhlil

Tarix 31.08.18, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Vasilyev

regnum.ru, 30.08.2018


Birləşmiş Ərəb Əmirliklərindən gələn şəxsi təyyarə bu il iyunun sonunda Dəməşq beynəlxalq aeroportuna enib. Təyyarədə ABŞ-ın bir sıra kəşfiyyat agentlikləri və təhlükəsizlik xidmətlərinin təmsilçiləri olub. Enmədən sonra nümayəndə heyəti Suriya Ərəb Respublikası Baş Təhlükəsizlik İdarəsinin direktoru, general-mayor Əli Məmlüklə görüşə yollanıb.

General-mayor Əli Məmlükün şəxsiyyəti üzərində ayrıca dayanmaq istərdik. O, yetərincə uzun müddət prezident Bəşər Əsədin ən yaxın çevrəsinin adamıdır. Həm Moskva, həm də Tehranla ümumi dil tapmağı bacaran təcrübəli siyasətçidir. Fars körfəzi monarxiyalarının təmsilçiləri də onunla təmasa girməyə hazırdırlar. Məsələn, o, 2015-də Səudiyyə Ərəbistanında olub. Ən incə tapşırıqları, o cümlədən rəsmi Dəməşqin xarici düşmənlərilə danışıqları məhz Əli Məmlükə etibar edirlər.

Əldə olan məlumata görə, Amerika heyəti və SƏR Baş Təhlükəsizlik İdarəsi direktorunun görüşü dörd saat çəkib. Yeddillik savaşın müxtəlif yönləri müzakirə olunub. Sonra amerikalılar öz təkliflərini veriblər. Üç şərtlə öz qoşunlarını ət-Tənfədən və Şərqi Fəratdan çıxarmağı təklif ediblər: İranın Suriyadan tam getməsi, Suriyanın şimal-şərqində neft hasilatından pay,  gələcəkdə Qərb ölkələrinə təhlükə təşkil edə biləcək terrorçular haqda kəşfiyyat məlumatı.

Bu təklif Surya tərəfindən bütün bəndlər üzrə rədd edilib.

Terrorçular haqda kəşfiyyat məlumatları barəsində bildirilib ki, bunun açıqlanması Suriyaya münasibətdə ABŞ-ın siyasi mövqeyinin dəyişilməsindən asılıdır. SƏR bu cür məlumatları BƏƏ və İordaniya ilə artıq bölüşür.

İranın Suriyadan tam gedişi haqda. ABŞ nümayəndə heyəti bu xüsusda Yaxın Şərqdəki ən yaxın müttəfiqi İsrailin maraqlarını qoruyur. Əli Məmlük cavabında qeyd edib ki, Suriya suveren ölkədir və Birləşmiş Ştatlar SƏR ərazisinə icazəsiz daxil olmuş işğalçıdır, oranı bu qayda ilə də tərk edə bilər. O habelə qeyd edib ki, Suriya geniş oxun tərkib hissəsidir, Tehran və Livan “Hizbullah”ıyla ittifaqı var.

Vurğulamaq lazımdır ki, bu həftə bazar ertəsi Livan KİV-lərində informasiya gedib ki, “Hizbullah” hərəkatı savaş bitəndən sonra “münaqişəsonrası barışıq” prosesinə qatılmaq üçün Suriya ərazisində qalmaq üçün Suriya hökumətindən rəsmi xahiş alıb.

İran müdafiə naziri Əmir Hatəminin keçən həftə SƏR-ə səfəri uğurlu keçib. Bu səfərin gedişində nazirin SƏR prezidenti Bəşər Əsədlə görüşü olub. Səfər vaxtı hərbi əməkdaşlıq haqda tərəflər arasında saziş imzalanıb.

Əlbəttə ki, amerikalılar tərəfdən əsas şərt Suriyanın şimal-şərqində neft hasilatından pay almaq idi. Bu şərtin irəli sürülməsi ölkədə başladılan vətəndaş savaşının gerçək məqsədinin üstünü açır. Suriya savaşında ABŞ və müttəfiqlərinin baş vəzifəsi Suriya Ərəb Respublikasının təbii resurslarını ələ keçirməkdir.

Əli Məmlük Suriya neft ehtiyatlarından pay haqda Amerika heyətinə deyib ki, Suriya onun hökumətini devirməyə can atan ölkələrlə biznes aparmaqda maraqlı deyil. O habelə qeyd edib ki, neft sahəsində əməkdaşlıq məsələsi üçün Suriya xalqına qarşı əlbir olmayan Rusiya və başqa ölkələr var.

Suriyanın neftlə zəngin bölgəsi Fərat çayının şərq sahilində yerləşir. ABŞ-ın yaratdığı və əl uzatdığı Suriya demokratik qüvvələri bu əraziyə nəzarət edir. Suriya demokratik qüvvələri (SDQ) yerli ərəb qəbilələrinin cüzi iştirakıyla əsasən kürd hərbi qruplaşmasını təmsil edir. Suriyanın neft yataqlarının 70%-i SDQ tabeliyindəki ərazidə yerləşir. Savaşa qədər, 2010-cu ildə ölkə büdcəsində neft sənayesinin gəlir payı 25% təşkil edib, indi xeyli azdır. Suriyanın ən böyük yatağı – “əl-Ömər” yatağı Deyr-əz-Zor şəhərinin yaxınlığındadır.

ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ SQ qərargah rəisləri Komitəsinin sədri Cozef Danfordun bu yaxınlardakı mətbuat konfransında məlumat verilib ki, 2200 Amerika hərbçisi Suriya ərazisindədir. SDQ qruplaşmasında 50 min nəfərə yaxın adam var. SDQ nəzarətində olan bölgədə durum mürəkkəbdir. Məsələni yalnız hərbi yolla çözməkdə Suriya hökuməti tərəfindən cəhd ABŞ SQ və koalisiya üzrə müttəfiqlərilə birbaşa hərbi toqquşmaya gətirə bilər. Bu amili də nəzərə almaq gərəkdir.

Əsas ümid Suriyadaxili dialoqadır. Kürd hərəkatının bir bölümü və Dəməşq arasında dialoq artıq gedir, bölgə muxtariyyətinin müəyyən edilməsi üçün məsələ baxılır. Bu, Suriyanın Mənbic şəhəriylə bağlı kürdlərin maraqlarına zərbə vuran ABŞ və Türkiyə sövdələşməsindən dərhal sonra meydana çıxıb. Kürd hərəkatı iki yerə bölünüb: bir bölüm Suriya hökumətiylə danışıqlara gedib, ikinci bölüm əvvəlkitək ABŞ siyasətinin yedəyində gedir.

Kürdlərlə Suriya hökuməti arasında uğurlu iqtisadi kooperasiya örnəkləri də var. YPG/PKK tabeliyindəki Deyr-əz-Zorda “əl-Ömər” yatağından neftin müəyyən nisbətdə yanacağa mübadiləsi gedir. Suriya hökuməti və Suriya demokratik qüvvələri Raqqa əyalətinin qərb hissəsində Tabka bəndinin birgə idarə edilməsi haqda sazişə gəliblər. Amma rəsmi Dəməşqlə kürdlər arasındakı anlaşmalar Amerika neft şirkətlərinin maraqlarını bir qıraqda qoyur.

Suriya hökumətinin yerli tayfalarla da anlaşması lazım gələcək. Onların dəstəyi ilə Suriyanın şimal-şərqində qələbə çalmaq şansı xeyli yüksəkdir. Ola bilsin, gələcək neft gəlirlərindən onlara pay ayırmaqda bir məna var və bu, danışıqlarda həlledici arqument olacaq.

Bu bölgədə, xüsusən Deyr-əz-Zorda qalmaqda ABŞ üçün daha bir mühüm səbəb var. İraq və Suriyanı birləşdirən baş yollar məhz Deyr-əz-Zordan keçir. İran öz növbəsində İraqdan Suriyaya dəhliz açmaqda çox maraqlıdır. Əlbəttə, Birləşmiş Ştatlar buna yol verə bilməz.

Burada İsrail ABŞ-a fəal yardım edəcək. İsrail baş naziri Benyamin Netanyahu Suriya və İran arasında hərbi işbirliyi haqda sazişi şərh edərək Suriyanın hökumət obyektlərinə və İranın Suriya ərazisindəki obyektlərinə zərbə endirmək hədəsi gəlib.

Beləliklə Suriya Ərəb Respublikası ərazisində əsas və ən amansız tutuşma hələ qabaqdadır. Qarşıda ölkənin şimal-şərqindəki neft resursları uğrunda savaş var.

Suriya hökuməti yerli tayfalardan dəstək almaqla, habelə geniş partizan hərəkatı təşkil edərək ABŞ və müttəfiqlərinin Suriya ərazisindəki hərbi kontingentinin qalma xərclərini yüksəltmək şərtilə Moskva və Tehranın yardımıyla Suriyadaxili dialoq yoluyla bu problemi həll edə bilər.


Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 574




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap