|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Gizli savaşın açıq tərəfi: Əli Həsənov hakim komandadakı rəqiblərini hədələyir, Rüfət Aslanlı isə...
Tarix 09.03.18, 4:40 |
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun digər nəvəsi Emil Həsənlinin Sumqayıtda ağacları qırdırması ölkə mətbuatının gündəmindədir.
Xatırladaq ki, bundan əvvəl Əli Həsənovun digər nəvəsi “Galenvagen” avtomobili ilə ağır qəza törədib, bir neçə nəfərin ölümü və yaralanmasına səbəb olub.
Bunun ardınca digər nəvəsinin Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağını məhv etməsi barədə ölkə mətbuatında yayılan xəbər və videolar Əli Həsənovu həm çətin vəziyyətdə qoyub, həm də artıq onun ailə üzvləri haqqında cəmiyyətdə ciddi mənfi obraz formalaşdırıb. Bu, sosial şəbəkələrdə gedən müzakirə və statuslardan da aydın görünür.
Əli Həsənov: “Sifarişlə məni şantaj edirlər”
Maraqlıdır ki, Əli Həsənov təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacını məhv edən nəvəsi Emil Həsənlinin əməlinə sərt reaskiya verməkdənsə, o, mətbuata çıxıb həm ona haqq qazandıran və faktdan diqqəti yayındırmağa cəhd edən bəyanat verir, digər yandan isə “diplomatik” şəkildə rəqiblərinə və ya düşmənlərinə mesaj yollayır.
Komitə sədri Ə. Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib ki, qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016 –cı il tarixdə torpaq sahəsi ayrılıb: “Ayrılan yer asfalt örtükdür, həmin yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda, saytlarda yerləşdirilən videoda göstərdikləri yerin həmin ayrılan torpağa aidiyyəti yoxdur. Bu da növbəti təxribatdır. Bu barədə mətbuata danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edənlərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram. 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də.
Mən 50 ildir dövlətə xidmət edirəm. Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm. Görünür, əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar”.
Baş nazirin müavini “sifarişçi”, “şantaj” kəlmələrini xüsusi vurğulamaqla son 9 ayda hansısa şəbəkə tərəfindən hədəfə alındığını özü də təsdiq edir. Maraqlıdır ki, 9 ay əvvəl onun nəvəsi Nail Allahverdiyiv şəhərdə yüksək sürətlə idarə etdiyi və dəyəri çox baha olan “Galenvagen”lə bir neçə nəfərin həyatına son qoyub, bir neçə nəfəri isə şikəst edib. İndi Ə. Həsənovun sözlərindən belə çıxır ki, mətbuat bunu yazmamalıymış və yaxud digər nəvəsinin Sumqayıtda onlarla ağacı kökündən çıxarmasına göz yumulmalıdır.
Əgər həqiqətən də Ə. Həsənovun iddia etdiyi kimi, onun “vurulması”nı sifariş edən varsa, yəqin Emil Həsənlinin “yaşıl soyqırımı”nı ilk qələmə alan “Yeni Müsavat” qəzetinin rəhbərliyi buna aydınlıq gətirəcək. Çoxsaylı oxuculara isə Əli Həsənovun nəvəsi haqqında iddiaları təkzib etməsindən (Etiraf edək ki, cəmiyyət bu təkzibə inanmadı – redak.) daha çox, onun “sifarişçilər mənə bəllidir” deməsidir. Doğrudanmı baş nazirin müavininə qarşı gizli qrup var və onu gözdən salmağa çalışırlar?
Reyting.az-ın bir neçə mənbədən əldə etdiyi məlumata görə, Ə. Həsənov bütün babalar kimi nəvələrinin “gözündəki tiri” görə bilməsə də, onun hakim dairədə düşmənləri az deyil:
“Bəli, bu inandırıcıdır ki, onun gözdən düşməsini və daha tez vəzifəsindən çıxarılmasını istəyən qüvvələr var. Lakin digər nəvəsi Emin Həsənlinin ağac qırmasına görə adının hallanmasını sifariş edəcək ciddi qrupun olması mümkünsüz görünür. Ona qalsaydı, həmin Emin Həsənlinin Sumqayıtın bələdiyyə parkında etdikləri də mətbuata çıxarılardı. Yəni yol kənarındaki ağaclıq sahəsini qırıb yerində obyekt tikmək planına qarşı sadə insanlar da çıxa bilər. Necə ki, elə onlar da buna qarşı çıxıblar. Əminəm ki, bunu Əli Həsənov da bilir. Onun açıqlamasında “taksi sürcüləri”ni xatırlatması da göstərir ki, faktı dəqiq bilir. Lakin məişət zəminli problemi başqa səmtə çəkdi. Sözsüz ki, uzun illərdir saraydaxili çəkişmələrdə “bişən” qocaman Həsənov bunu təsadüfən etmədi. Üstəlik, o, postuna göz dikənlərdən də məlumatsız deyil”.
“Qaçqınkom”un sədr postu qruplaşmalara cəlbedici görünür
Mənbəmiz burada haşiyə çıxaraq deyib ki, aprelin 10-da 70 yaşı tamam olacaq birinin vəzifədən gedəcəyini gözləyənlər az deyil. Xüsusən aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra hakim komandada ciddi dəyişikliklərin olacağına gözləntilərin artdığı bir ərəfədə “Qaçqınkom”un sədr postu çoxları üçün cəlbedici görünə bilər. Yəni bu baxımdan Ə. Həsənovun ad çəkmədən “məni sifarişlə vururlar”,- deməsinin arxasında onun postuna iddialılar və yaranan təhlükə dura bilər: “Əli Həsənov isə məsələni məqsədli şəkildə başqa səmtə çəkərək, həm ayağının altını qazanlara xəbərdarlıq edir ki, “hər şeyi bilirəm”, həm də Prezidentə göstərmək istəyir ki, məni planlı şəkildə “vururlar”. Yəni çıxışını ikitərəfli siyasi dvidentə hesablayır”.
Lakin təcrübəli şəxslər bu məsələdə bir əsaslı nüansı diqqətdən qaçıra bilməzlər: “Əli Həsənovun hər iki nəvəsi faktiki törətdikləri əməllərlə ölkənin gündəminə gəliblər. Əgər “Qaçqınkom”da baş verən maliyyə fırıldaqları haqqında sənədlər və ya çox dar çərçivənin bildiyi digər kompromatlar dövriyyəyə buraxılsaydı, o zaman cənab Həsənovun ultimatumu daha inandırıcı görünərdi. Amma bu yoxdur. Odur ki, Əli Həsənovun son bəyanatı diqqəti nəvəsindən yayındırmaq, hətta ərazidə qanunsuz tikinti aparmasına yol açmaq istəyi kimi qiymətləndirilməlidir. Bəli, onun, məhz bu fakt üzəridən qıcıqlanaraq “sifarişçi, şantajçı şəbəkələr” haqqında dediklərini ciddi qəbul etmək mümkün deyil. Hətta bir qədər də irəli gedib deyə bilərəm ki, o, bu açıqlaması ilə digər nəvəsinin əməllərinə qarşı hərəkətə keçən hüquq-mühafizə orqanlarını bəribaşdan təzyiq altında saxlayıb, onları araşdırma aparmaqdan çəkindirir. Yenə deyirəm, Həsənov bu komandada olan 3-5 mahir oyunçulardan biridir. O, nə etdiyini və hansı açıqlamanı nə zaman verəcəyini yaxşı ölçüb-biçən şəxslərdəndir” .
Bütün bunlara rəğmən, Ə. Həsənovun seçkidən sonra postundan uzaqlaşdırılacağı xəbərinə də toxunan mənbəmiz deyib ki, bu barədə indidən nəsə demək mümkün deyil:
“Sözsüz ki, belə dəyişikliklərə ölkə başçısı qərar verir. Onun seçkidən sonra hansı addımı atacağını isə heç kim dəqiq deyə bilməz. Amma mümkündür ki, 71 yaşına keçməkdə olan Həsənov da “yola salınsın”. Yəni bu ehtimal onun postuna göz dikənləri ümidləndirə bilər. Əminəm ki, bunu Həsənov da bilir. Həm də ailə üzvlərinin harın hərəkətləri onun vəzifə ömrünü qısaldır. Ona görə də o, bu dəfə Emin Həsənlinin məsələsinə daha operativ və ciddi suallar doğuran reaksiya verdi”.
Rüfət Aslanlı Palataya tam nəzarət edə bilmir?
Qeyd edək ki, son vaxtlar hədəfə çevrilən vəzifəli şəxslərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdır. Palata rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq obyektinə çevrilib. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatıb ki, Palatadakı səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edilib.
Ölkə KİV-ləri yazır ki, sonuncunun da bank sektorunda kifayət qədər tanınan və peşəkarlığı ilə seçilən bir şəxs olmadığı, ən azından cəmiyyətdə kifayət qədər tanınmadığı öz sözünü deyib. Son nəticədə ölkənin maliyyə-bank sektorunda vəziyyət düzəlmək əvəzinə, daha da qeyri-müəyyən hala gəlib:
“Heç kimə sirr deyil ki, bank sektorunun başının üzərini almış kabusu dağıtmaq bütövlükdə bu sektora nəzarət edən səlahiyyət sahiblərinə müyəssər olan məsələ deyil. Amma, eyni zamanda o da etiraf olunmalıdır ki, dövlət başçısı səviyyəsində taleyüklü qərarların qəbulu üçün məhz münbit zəmin hazırlamaq və Prezidenti buna inandırmaq bu sahəyə nəzarət edən və ya etməli olan mötəbər şəxlərin borcudur. Amma görünür, kimsə dövlət başçısını inandıracaq arqumentlərə sahib ola bilməyib və bununla da milyonlarla kredit borclularının intizarla gözlədiyi "amnistiya” qərarı hələ də çıxmayıb. Əvəzində iş o yerə çatıb ki, Palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi ilə keçirilib və Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib.
Sual olunur, Rüfət Aslanlı nədən inciyib-küsüb ki, iclaslara qatılmır? Yaxud onu rəhbəri olduğu qurumda niyə “ofsayt”a salıblar və o, bu aqibətlə barışıbmı? Barışmayıbsa, nəyi gözləyir? Ola bilsin ki, sabah Rüfət Aslanlı başqa bir dövlət strukturunda yüksək vəzifəyə, ən azından tutaq ki, vergilər nazirinin müavini postuna iddia etsin. Niyə də yox? Amma inandırıcı olmayan odur ki, o, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının “ulduzunun” növbəti dəfə parlayacağı inandırıcı deyil”.
Göründüyü kimi, konkret olaraq R. Aslanlı nəinki hədəf taxtasına oturdulub, hətta onun yaxın müddətdə postundan uzaqlaşdırılaraq Mikayıl Cabbarovun yanına “sürgün” ediləcəyi də iddia olunur.
Belə məlumatlar və bəzi cümlələrin altında gizli həqiqətlərin olduğunu diqqətə aldıqda isə, qeyd etmək olar ki, yayılan xəbərlər təsadüf kimi görünmür.
Məlumata görə, həqiqətən son 1 ilə yaxındır R. Aslanlının ətrafında ciddi proseslər gedir:
“Təxminən 2 il əvvəl, daha dəqiqi, birinci devalvasiyadan sonra ölkənin maliyyə sektorundakı başıpozuqluğa qarşı ciddi mübarizə başlanıldı, yeni sistem yaradıldı və Rüfət Aslanlı ciddi bir vəzifəyə gətirildi. Sözsüz ki, onun gözlənilmədən belə bir vəzifəyə təyin olunması ölkənin maliyyə-bank sektorundakı bəzi şəxsləri narahat etməyə bilməzdi. Maliyyə və bank sektorunun “qoca qurd”ları hesab edir ki, onlar dura-dura Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı əhəmiyyətli vəzifəyə gətirilir və o, bunların açıq və gizli maliyyə fəaliyyətlərini yönəldir. Hətta bəzi hallarda onların ölkədən pul çıxarmasına, o cümlədən himayəçisi olduqları və ya yönəltdikləri banklara, həmçinin böyük pullarına nəzarət etməsi qarşı tərəfdə Palata rəhbərinə şəxsi mənada böyük sıxıntılar yaratdı. Bəli, bu bir həqiqətdir ki, hazırda Palatada çox məsələlərdən onu kənarda saxlayırlar. Maraqlıdır ki, belə bir anda Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilərək, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olundu. Bununla da faktiki olaraq Aslanlı proseslərdən təcrid olunaraq oyundakənar duruma salındı. Alışovun bu vəzifənin öhdəsindən necə gələcəyini deyə bilmərəm, amma onun gələr-gəlməz bank sektoruna daha çox nüfuz etməyə çalışması və bütün fəaliyyətində Aslanlının varlığını heçə sayması Palatada ciddi proseslərin getməsindən xəbər verir. Hesab edirəm ki, bu, çox davam etməyək. Ya Rüfət Aslanlı başqa bir vəzifəyə göndəriləcək, ya da onunla bağlı vəziyyət o qədər ciddidir ki, barəsində başqa tədbirlər də görülə bilər. Belə bir məqamda onunla bağlı mətbuatda komromat tipli xəbərlərin intensivləşməsi də təsadüf deyil”.
Maliyyə kralları Aslanlıya qarşı çıxır
Məlumatlı şəxsin sözlərinə görə, Rüfət Aslanlı Palata sədri olandan onu nə maliyyə naziri Samir Şərifov, nə də Mərkəzi Bankın sədri Elman Rüstəmov xoş qarşılamayıb: “Ölkənin maliyyə və bank sektorunun iki əsas adamı sayılan Samir Şərifovla Elman Rüstəmov elə ilk gündən Rüfət Aslanlının təyinatına qarşı çıxıblar. Onlar fikirlərini belə izah ediblər ki, o, ölkənin maliyyə bazarını idarə edəcək savad və bacarığa sahib deyil. Diqqətçəkən odur ki, bu adamlar Rüfət Aslanlı haqqında mənfi fikirlərini də heç vaxt yaxın ətraflarından gizlətməyiblər. Ona görə də bəziləri indi düşünür ki, Rüfət Aslanlının hazırkı vəziyyətə düşməsində Samir Şərifovla Elman Rüstəmovun da rolu var. Məncə, bu prosesdə başqa şəxslər də rol oynayır. Hansı ki, Rüfət Aslanlıdan çox böyük gözləntilər olub və həqiqətən də o, bu etimadı istənilən səviyyədə doğrulda bilməyib”.
Ekspertimiz hesab edir ki, bu sahədəki problemi İ. Alışov da həll edə bilməyəcək. Əgər onun arxasında ciddi maliyyə bilikləri olan “xocası” yoxdursa, çətin ki, Palata üzərinə qoyulan öhdəlikləri doğru-dürüst icra edə bilsin. Hətta qorxu var ki, Palata ciddi korrupsiya mənbəyinə çevrilsin.
R. Aslanlıdan qisas almaq istəyən bankirlər və onların himayəçilərinin olması da istisna edilmir:
“Diqqət etdinizsə, onun yaxın dostu olduğu deyilən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu da yola saldılar. Azad Cavadovun vəzifədən alınmasını Rüfət Aslanlıya xəbərdarlıq kimi yozanlar da oldu. Bunun nə dərəcə doğru olduğunu deyə bilmərəm, amma o vaxtdan aydın oldu ki, Rüfət Aslanlının Palatadakı hökmranlığı da uzun çəkməyəcək”.
R. Aslanlının başqa bir vəzifəyə təyinat alması da mümkün saılır: “Bu ölkədə elə adamlara vəzifə verilib ki, məncə, Rüfət Aslanlı bir çox parametrlərinə görə onların çoxundan üstün və qabiliyyətlidir. Lakin bunun 180 dərəcə əksinin olması da istisna deyil”.
Xəbərin oxunma sayı : 1915
Gündəm
Xəbərlər
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
TOP 10
ARXİV