Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...

Tarix 22.10.21, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir.

Köçəryan habelə deyib ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunun üzərində yanacaqdoldurma məntəqəsi də tikməyə başlayıb. 

“Gorusda hərəkət isə məhdudlaşdırılıb və hər saatda bir həyata keçirilir”,-o deyib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi hələ sovet dövründən Qubadlı ərazisindən keçirdi. Ötən ilin dekabrında Azərbaycan Ermənistanla bu istiqamətdə dövlət sərhədlərini bərpa edəndən sonra yolun həmin hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu. Bir müddət həmin yolla İran TIR-larının maneəsiz hərəkətinə imkan yaradılmışdı, lakin həmin TIR-ların bir qisminin Ermənistan üzərindən Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz daxil olması hallarına son qoyulmaması Bakını məcbur etdi ki, yolda polis nəzarəti tətbiq etsin və tranzit yükdaşımaları haqda qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maşınlardan yol vergisi tutsun.

Bu məsələ İranla Azərbaycan arasında gərginliyə gətirib çıxarsa da, nəhayət, rəsmi Tehran Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı oldu və öz yük maşınlarına Laçın dəhlizinə daxil olmağı qadağan etdi. Göründüyü kimi, iranlılar həm də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən tranzit keçib Ermənistana getməyə görə yol vergisini də ödəməyi qəbul ediblər.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap