Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hökumət daha 250 milyon dollar kredit aldı

Tarix 06.12.17, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Direktorlar Şurası Azərbaycana 250 mln. dollar dəyərində kreditin ayrılmasını təsdiq edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, kredit Azərbaycan hökumətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

“Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq”, – deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan deyib.

“İdarəetmə və dövlət sektorunun səmərəliliyinin artırılması proqramı”nın birinci altproqramı Azərbaycanda fiskal konsolidasiya və iqtisadiyyatın diversifikasiyasına yönəlib. 2018-ci ildən həyata keçirilməsi planlaşdırılan ikinci altproqram isə birinci proqram çərçivəsində inkişafı möhkəmləndirəcək.

Qeyd edək ki, ADB-yə üzv olduğu 1998-ci ildən bu günə qədər Azərbaycana 4,1 mlrd. dollar dəyərində qrant və kreditlər ayrılıb.



Xəbərin oxunma sayı : 145




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap