Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Hökumət nağd hesablaşmaya niyə məhudiyyət qoydu? - Qubad İbadoğlundan şərh

Tarix 26.04.17, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Mən ömrüm boyu ağa ağ, qaraya qara demişəm. Düzü, doğrunu deməkdən də heç vaxt çəkinməmişəm. Buna görə qərəzli olaraq qınansam da, prinsiplərimdən geri dönməmişəm. Bunu indi yazdığımı birmənalı qəbul etməyənlər tapılmayacaq deyə xatırladıram. Amma bəri başdan demək istəyirəm ki, dövləti maraqları korporativ və şəxsi maraqlardan üstün tutmağı bacarmasaq, irəli gedə bilməyəcəyik.

Bu dəfə söhbət "Nağdsız hesablaşmalara dair Qanun”un Azərbaycanda tətbiqindən gedir. 

Öncə onu qeyd etmək istərdim ki, nağd odənişlərin məhdudlaşdırılması dunyanın əksər olkələrinin, o cumlədən ABŞ (ştatlar üzrə ayda 3500 dollardan 10.000 dollaradək), İtaliya (ayda 1000 avroyadək), İspaniya (rezidentlər üçün ayda 2500 avro, qeyri-rezidentlər üçün ayda 15.000 avroyadək), Cexiya ( ayda 15 000 avroyadək), Bolqarıstanda (ayda 7500 avroyadək), Yunanıstan (ayda 1500 avroyadək), Argentina (ayda 2000 dollaradək), Mekiskada (ayda 1500 dollaradək) , Fransa, Slovakiya, Qazaxıstan və sair dovlətlərin qanunvericiliyində nəzərdə tutulub. 

Bir çox ölkələrdə belə yanaşma nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dovriyyəsinin tənzimlənməsinə, budcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əmək haqlarının , digər odənişlərin və bütövlükdə də gizli iqtisadiyyatın leqallaşdırılmasına gətirib çıxarıb, bu məhdudiyyət korrupriya ilə mübarizə sahəsində istifadə olunan effektli alətlərdən sayılır. Odur ki, Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli "Nağdsız hesablaşmalar haqqında” qanunu təqdir etməklə yanaşı, onu həm də gecikmiş sayıram.

Hesab edirəm ki, bu qanun böyük neft gəlirləri ölkəyə davamlı şəkildə daxil olmamışdan əvvəl qəbul olunmalı idi. Təbii ki, ondan da əvvəl belə hesablaşmaların aparılması ilə bağlı infrastruktur yaradılmalı idi ki, belə olan halda da onun tətbiqində obyektiv problemlər yaranmazdı. Amma məsələ burasındadır ki, hazırda bu qanunun tətbiqinə obyektiv çətinliklərlə yanaşı subyektiv baryerlər də də yaradılır. Bilərəkdən və məqsədli yaradılan bu çətinliklər qanunun işləməsinə əngəl olmaqdadır. 

Qanuna görə, vergi odəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində umumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar uzrə odənişlərin yalnız nağdsız qaydada həyata kecirilməsi muəyyən edilmişdir:

– ƏDV məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30.000 manatdan;

– Digər vergi odəyiciləri 15.000 manatdan.

Vergi Məcəlləsinə əlavə edilən 58.7-1-ci maddəyə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi, uc və daha cox dəfə yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, sansksiyalar da xeyli sərtdir, amma yenə də qanunun işləyib-işləməyəəcyi ilə bağlı xeyli suallar açıq qalır. 

Hesab edirəm ki, bu Qanunun işləməsi üçün ilk növbədə dövlət orqanlarının həm büdcə əsaslı və həm də digər sirfarişlərinin verilməsində "şapka” və ya "otkat” adı ilə aldığı qeyri-rəsmi ödənişlərə və qanunsuz pul yığımına son qoulmalıdır.

 Amma bizə daxil olan məlumatlara dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər yenə tələb olunur və bu mütərəqqi qanunun qəbuluna baxmayaraq yenə də qeyri0rəsmi hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir. 

Bu ölkədə mövcud iqtisadi böhranı daha da dərinləşdirməklə, korrupsiyanın davamlılığını da təmin edəcək.

İkincisi, müvafiq infrastrukturlar yalnız Bakıda deyil, həmçinin də regionlarda yaradılmalı və onu texniki təchizatı təmin edilməlidir. 

Üçüncüsü, istehlakçılar və sahibkarlar arasında maaarifləndirmə işi aparılmalı, nağdsız ödənişlər stimullaşdırlılmalı və təşviq olunmalıdır. 

Nəhayət, banklar və vergi orqanları Qanunun icrası zamanı sui-istifadəyə yol verməməli, ölkədə qanunun aliliyi təmin olunmalı, müstəqil məhkəmə və hüquq sistemi fəaliyyət göstərməlidir.

Əgər ölkə də hüquqi dövlət qurulsa da idi, o zaman nə belə məhudiyyətlərə, nə də bu müzakirələrə ehtiyac da qalmazdı. Hətta xüsusi vəsaitin necə xərclənməsinə baxış da fərqli olardı. Yəni iddia oluna bilərdi ki, pul mənimdirsə, necə istəyirəm, elə də xərcləyərəm, kimin nə işinə qalıb. Amma indiki gerçəkliklər başqadır. Bu qanun da hazırlkı reallığı nəzərə almadan qəbul edildiyindən işləyəcəyi hələ də şübhə doğurur.



Xəbərin oxunma sayı : 169




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap