Aysundan diqqətçəkən pozlar - Fotolar Dilarə təqdimata tül paltar geyindi - Fotolar Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

  • / Maqazin / — 14 Fevral 2019

    Afaq sinəsini böyüdüb, kamera önünə keçdi – Fotolar

  • / Maqazin / — 11 Fevral 2019

    50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU

  • / Maqazin / — 30 Yanvar 2019

    Hülya Avşar gənc qızları qısqandırdı-VİDEO

  • / Maqazin / — 29 Yanvar 2019

    Azərbaycanlı müğənninin hoteldə görüntüləri yayıldı - VİDEO


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq - Ali Baş Komandan

Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Hökumətdən yeyinti məhsulları ilə bağlı qərar –Dəyişikliklər

Tarix 20.11.18, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarlarında dəyişikliklər edilib.

Qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Sənədə əsasən, “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” qərar ləğv edilib.

Həmçinin “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə (bundan sonra – qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara) riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilməyəcək.

Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

“Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri çərçivəsində, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttiş və mütəxəssisləri həyata keçirəcəklər.

Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanı tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaq.

Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının vəzifəli şəxsləri hərəkətlərinə, dövlət nəzarətini həyata keçirən orqan isə qəbul etdiyi qərarlara görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaq.

Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.

Sənədə görə, “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarda şağıdakı dəyişikliklər edilib:

Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq/Report.



Xəbərin oxunma sayı : 157

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda