“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Uğur Dündar İmamoğlu-Yıldırım debatına moderatorluqdan imtina edib

Tarix 09.06.19, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin təcrübəli qəzetçisi Uğur Dündar İstanbul bələdiyyə sədrliyinə seçkilərlə bağlı CHP-nin təmsilçisi Əkrəm İmamoğlu və AKP-nin namizədi Binəli Yıldırımın bir araya gələcəyi verilişdə moderatorluq etməyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, qərarını sosial media hesabından elan edən “Sözcü” qəzetinin yazarı U.Dündar aşağıdakıları bildirib: "Tarixi 31 mart seçkilərindən əvvəl hörmətli B.Yıldırım və hörmətli Ə.İmamoğlunun qatılacağı verilişin moderatorluğu üçün hər iki namizədin mənim adım üzərində razılaşmaları qürurla yaşadığım 50 illik peşə həyatımın medallarından biri olub. Xalqımızın illərdir ki, Türkiyənin ən etibar etdiyi ad olaraq şəxsimə göstərdiyi etimad, siyasi qütbləşmənin zirvəyə çıxdığı bu dönəmdə və belə bir vacib mövzuda hər iki namizədin eyni düşüncəni paylaşması son dərəcə mənalı və dəyərlidir. Hər iki namizədə də təşəkkür edirəm”.

Verilişdə moderatorluq etməyəcəyini vurğulayan Dündar “Özümə və cəmiyyətimə qarşı hiss etdiyim məsuliyyət hissilə deyirəm ki, bu debatda ədalətin tərəzisini bir qram da saptırmayacağıma və keçmişdəkilərdə olduğu kimi, hər iki tərəfin də yayından sonra təşəkkürləri ilə qarşılaşacağıma ən kiçicik bir şübhəm də yoxdur. Bunlarla bərabər... Moderatorluğum vasitəsilə hər iki namizədə və demokratiyamıza zərər verə biləcək bir sıra hazırlıqlar edildiyini görür və bu səbəbdən 50 ildir ki, bağlı qaldığım bəşəri yayınçılıq prinsiplərinə görə aldığım qərarı cəmiyyətə hörmətlə ərz edirəm” deyə yazıb.

B.Yıldırım isə bu açıqlamadan sonra aşağıdakıları bildirib: “Uğur bəyin qərarına üzüldüm. “Namizədlər və demokratiya zərər görəcək” deyir. Nə kimi bir zərər görəcək, anlamadım. O, sual verəcəkdi, biz isə cavablandıracaqdıq. Ümid edirəm ki, bu qərarda “bəziləri”nin təsiri olmayıb”.

Uğur Dündar








Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap