Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hacı Əliyev: “İlham Əliyevin gəlişi bizə güc verir”

Tarix 21.05.17, 1:32

Font ölçüsü : - / +
bitmap-img6


“Qarşılaşmaların heç biri asan olmadı. Amma yarımfinal görüşüm daha çətin keçdi. Çünki iranlı rəqibim kifayət qədər güclü idi. Onunla daha əvvəl bir neçə dəfə qarşılaşmışdıq. Nə qədər çətin olsa da, qələbə qazanmaqla finala yüksəldim”

"Qafqazinfo"ya müsahibəsində bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 61 kq çəki dərəcəsində çempion olan güləşçimiz Hacı Əliyev deyib.

Təcrübəli güləşçi finalda vaxtından əvvəl qələbə qazanmasına belə münasibət bildirib: “Finaldakı rəqibim də zəif deyil. Daha əvvəl onunla görüşməmişdim. Ona görə də ehtiyatlı başladım. Amma sonradan üstünlüyü tam ələ alaraq qələbə qazandım. Mötəbər yarışın qalibi olmaq sevindiricidir”. Hacı Əliyevin final görüşünü canlı izləyən dövlət başçısı cənab İlham Əliyev mükafatlandırma mərasimində də iştirak edib. Güləşçimizə qızıl medalı ölkə prezidenti təqdim edib: “Çox şadam ki, cənab prezidentimiz və ailə üzvləri final görüşümü canlı izlədilər. Sonradan qızıl medalı da mənə İlham Əliyev təqdim etdi. Dövlət başçımızın gəlişi bizə əlavə güc verir”.

Hacı Əliyev çempionluğa görə alacağı mükafatın bir hissəsini xeyriyyə məqsədi ilə sərf edəcəyini bildirib: “Təbii ki, hər zaman aldığımız mükafatların müəyyən hissəsini xeyriyyə məqsədi ilə sərf etmişik. Bu dəfə də istisna olmayacaq”.



Xəbərin oxunma sayı : 415




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap