Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hacı İlyas Xətaidə yaşıllığı məhv edir - Video

Tarix 15.03.18, 6:04

Font ölçüsü : - / +
bitmap-img6


Xəta rayonu, Zığ yolu küçəsi 4 ünvanındakə yaşıllıq məhv edilir.
 
AzFakt.com veteninfo.az saytına istinadən xəbər verir ki, ərazidəki ağacları kütləvi şəkildə məhv edən şəxs özünü Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin yaxın qohumu kimi təqdim edən "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbəri Hacı İlyasdır.
 
Məlumata görə, Hacı İlyas Xətai rayon Zığ yolu küçəsi 4 ünvanda yerləşən ərazini ilkin olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaq adı ilə Bakı Şəhər İcra Hakimiyyətindən icarəyə götürüb. Qısa müddətdə ərazini mənimsəyərək özəlləşdirib.  Daha sonra ərazidəki yaşıllığı məhv etmək üçün məhkəmyə müraciət edərək öz xeyrinə qərarın çıxarılmasına nail olub. 
 
Maraqlıdır ki, Bakı şəhərində yaşıllıqların salınması və qorunması üçün hökumət səviyyəsində milyonlarla vəsait ayrıldığı halda, Hacı İlyas 20 illik ağacların kəsilməsi barədə məhkəmədə qərar çıxartdırıb.
Qeyd edək ki, yuxarıda həmin ərazidə Ailəvi İstirahət Resotoranı fəaliyyət göstərir. 20 il əvvəl bu istirahət mərkəzi fəaliyyətə başladığı dövrdən ərazidə yaşıllaşdırma işləri aparılır. Hacı İlyas qeyd edilən sahəni sənədləşdirdikdən sonra, ərazidəki 12 tut aşacı, 30 sərv ağacı, 3 iydə ağacı, 4 qovaq ağacı, 1 heyva ağacı, 1 qaraağac ağacı, 2 qlediça ağacı, 10 əncir ağacı, 1 xurma ağacı, 2 söyüd ağacı, 22 nar kolu, 20 ədəd yeni əkilmiş şam və sərv tingləri, meyvə tingi 10 ədəd olmaqla ümumilikdə 118 ədəd ağac və kol bitkisinin bioloji inkişafda olduğu müəyyən edilərək aktalaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamentinin əməkdaşı məsləhətçi-müfəttişi Hüseyn Məmməd oğlu Adgözəlovun tədbiq etdiyi aktla "Ceyhun-3” İstehsalat Kommersiya Firmasının rəhbərliyinə, yəni Hacı İlyasa təhvil verilib.
 
Çox maraqlıdır ki, bu aktlar nə az-nə çox düz üç il ard-arda tərtib edilib. Amma nədənsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamenti məhkəmədə 118 ağacın kəsilməsi barədə Hacı İlyasın xeyrinə çıxarılan qərara etiraz etməyib. Hacı İlyas da fürsətdən faydalanaraq 2018-ci il martın 10-11-də (Şənbə-bazar) ağacları köçürmə adı altında hamısnı doğratdırıb. 
 















Xəbərin oxunma sayı : 1375




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap