Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hacı Qalibin həbsi tələb olundu - 3 milyon manat təzminat istənildi

Tarix 28.09.21, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu eks deputat Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Ağasif Şakiroğlu iddia edir ki, Hacı Qalib Salahzadə mətbuata verdiyi açıqlamalarda barəsində təhqiramiz ifadələrə yol verib.

Ağasif Şakiroğlu "Yeni Müsavat”a bildirib ki, Hacı Qalib Salahzadə ilə Nizami Rayon Məhkəməsində görüşəcəklər:

"Vəkillərimizlə məsləhətləşmələr apardıq, sənədləri topladıq və Nizami Rayon Məhkəməsinə təqdim etdik. Hər kəs qanun qarşısında məsuliyyətini dərk etməlidir. Əgər barəmizdə həmin fikirləri sıradan bir şəxs desəydi, bəlkə də üzərindən sükutla keçərdik. Bu sözləri eks deputat, hazırda deputat kreslosunda əyləşən birinin atası deyirsə, əsla keçmək fikrimiz yoxdur. Məhkəmədə görüşüb sözlərinə görə cəzalandırılmasına nail olacağıq. Qoy bir daha kimsəni təhqir etməsinlər. Kimsənin barəsində təhqiramiz ifadələri dilə gətirməyin cəzaya səbəb olduğunu bilsinlər. Prezident də deyir ki, kimsə xidmətlərinə görə qanundan üstün ola bilməz. Xidmət etmisən, xidmətlərinə görə sağ ol, amma qanunsuzluq etmisənsə, buyur cavab ver. Şərəf və ləyaqəti təhqir olunan tərəf kimi məhkəmədən ədalətli qərar gözləyirik”.

Açıklama yok.

GAP sədri deyib ki, xüsusi ittiham qaydasında verdikləri şikayətdə Hacı Qalib Salahzadənin həbs edilməsini, mənəvi zərərə görə 3 milyon manat təzminat təyin edilməsini istəyiblər. Həmin vəsaitin hörmətli Prezidentin və 1-ci vitse-prezidentin təşəbbüsü ilə yaradılan ”Yaşat" fonduna keçirilməsini də məhkəməyə təqdim etdikləri şikayətə qeyd ediblər.

Hacı Qalib Salahzadə isə "Yeni Müsavat”a deyib ki, məhkəməyə verilməsindən xəbərsizdir və ümumiyyətlə, məhkəməyə getmək fikrində deyil:

"Ağasif Şakiroğlu kimdir ki, məni məhkəməyə versin? Hara istəyir gedib versin! Mən onu müdafiə edənləri axtarıram. ”Dux"ları var, kişilikləri var, çıxıb desinlər ki, bunu mən eləyirəm. Yoxsa ki, bu kimdir ki... O kimdir ki, Rəsul Quliyev ona torpaq bağışlasın? Nə odur, nə də Rəsul Quliyev deyil. Mənə 25 milyon dollar təklif ediblər həmin torpağa görə. Mən ora Gəncədən ağaclar gətirib əkmişəm. 40 illik ağaclardır. Mənə o vaxt cənab general deyəndə ki, bu torpağı hədiyyə vermək lazımdır, dedim, baş üstə. Mənim deyildisə, mənə niyə təklif edirdi? Gedib elə Ağasifə deyərdi də".

"Bu adamlar hamısı ”podstavnoy" adamlardır"

Hacı Qalib Salahzadə iddia edir ki, onun əleyhinə danışanlar həmin torpaqları 25 milyona almaq istəyənlərdir: "Mənim üstümə Moskvadan ”Rapira" Ziya, Qod Nisanovun adamları gəlib o torpağı istəyiblər. Məni hüquq-mühafizə orqanları çağırsa, deyəcəyəm ki, Qod Nisanovun atası Simon kişi gəlmişdi yanıma. "Rapira” Ziya 2 dəfə gəlib, o, Moskvada biznesmendir. O da Qod Nisanov kimi adamdır. Mən hələ özümüzünküləri, burada olanları saymıram. Mən də bu adamlara demişəm ki, bu respublikanın "xozeyin”i var, gedin, icazə alın. Bu bağ Prezidentin bağının yaxınlığıdır. Mən o pulu alım qoyum cibimə, deyim ki, pul qazanmışam ay can, ay can. Bu adamlar hamısı "podstavnoy” adamlardır".

"O, məni təhqir edib, ”ofisalnı" mənim üçün sərsəm yazıb"

Hacı Qalib Salahzadə deyir ki, məhkəməyə gəlməyəcək: "Mən nə məhkəməyə gedənəm, uşaq deyiləm ki, gedib uşaqlarla məhkəmədə üz-üzə gəlim. O, məni təhqir edib, ”ofisalnı" mənim üçün sərsəm yazıb. Sərsəm deyib mətbuatda mənim üçün. Mən onun kimi uşaq deyiləm ki, gedim məhkəməyə verim. Gedib nə istəyirsən, elə. Elə sözlər deyərəm barəndə ki, ömür boyu alnında "peçat” qalar. Get taylarınla oyna. Bunun partiyası var, nə istəyir gedib yazsın. Bu istəyir ki, gedib hər yerdə desin ki, Ağasif Şakiroğlu Hacı Qalib Salahzadəni məhkəməyə verdi. O bağ ki, Bilgəhdədir, kimliyindən asılı olmayaraq mənimlə pisliklə danışa bilməz. Çox hörmətli yazıçının oğlu yanıma gəlmişdi ki, Nardaranda bağımız var, o bağı yandırıblar. Soruşdum ki, atan neyləyib ki, bu Nardaran camaatına bağı yandırıblar? Danışığından başa düşdüm ki, atası nəsə edib bu camaata, bağı yandırılıb. Bakı camaatının heç nəyə gücü çatmasa, intiqam almağa gücü çatır".

Açıklama yok.

"Bir video yayılıb, orada da deyir ki, çıxarışımın üstünə Hacı Qalib çıxarış alıb”

Hacı Qalib Salahzadə Azərbaycan vətəndaşı Seymur Quliyevin də mətbuatda gedən fikirləri ilə tanış olduğunu deyib: "Bu adam deyir ki, əlimdə çıxarış var. Bunun əlindəki çıxarış 2017-ci ildə verilib. Mən o torpağı 2013-cü ildə dövlətdən almışam. Bu hamını bir qıraqdan aldadır. Bir video yayılıb, orada da deyir ki, çıxarışımın üstünə Hacı Qalib çıxarış alıb. O, mənim çıxarışımın üstünə çıxarış alıb. 2013-cü ildə mənə çıxarış verilib. O da 2017-ci ildə çıxarış alıb”.

"Utanmır, danışır hələ”

Seymur Quliyevin "Yeni Müsavat” redaksiyasına Bilgəh qəsəbəsində Aslan Salahzadə küçəsi döngə 21, ev 2 ünvanını əldə etməsinə dair qanuni alqı-satqı müqaviləsini, torpağa aid çıxarış təqdim etdiyini xatırlatdıq. Hacı Qalib Salahzadə fikirlərini belə davam etdirdi: "2004-cü ildə torpaqlar özəl deyildi, çıxarış verilmirdi. 2004-cü ildə onun olsa-olsa 25 kvadrat metr tikintisi varsa, olubsa, o çıxarış kimi gedə bilərdi. O tikinti də başqa yerdə olub, Abşeron rayonunun ərazisində. Həmin bu torpaq isə Bakının ərazisidir. Bunun əlindəki, 2004-cü ildə olan sahə başqa yerdədir. Bizi ”MVD"yə çağırdılar, dəfələrlə mənə sual verdilər ki, mən yox, Bilgəhdən 20 hacını onun sözü ilə ora çağırmışdılar. 2004-də o torpağı Rəhim Quliyevdən alıb. O torpağın sahibi Rəhim Quliyev olmayıb...

O, Bilgəh bələdiyyəsini, mənim qardaşımı, utanmayıb qardaşım arvadını verib məhkəməyə. Utanmır, danışır hələ. Eyni ssenari ilə Ağasif Şakiroğlu oynayır. Seymur Quliyevin işində bu oyunları oynayan Rəhim Quliyevlə oğlu Rauf Quliyevdir. Rəhim mənim yanıma gələndə dedim ki, mən ora öz əlimlə 270 min dollar pul köçürmüşəm. Əvvəlcə 20 min dedi verirəm. Sonra ikinci dəfə gəldi, gördüm yaxşı danışmır, dedi 50 min verirəm. Mən də ona dedim ki, sən kimsən ki, səninlə alver edim. Seymur Quliyev deyir ki, mənim şahidlərim var. Amma 1 adam da tapa bilmədilər ki, gəlsin desin ki, sən Hacı Qalib filan işi belə eləmisən. Seymur Quliyev deyir ki, orada mənim evlərim olub. Bu adamlar bir "lampoçka” alıb başqasının qapısına bağlamayıblar".

"1 usta götürüb göstərsinlər ki, bu evin daşlarını mən almışam...”

Ümumiyyətlə, Ağasif Şakiroğlunun, Seymur Quliyevin Bilgəh qəsəbəsində evləri, torpaqları varmı sualına Hacı Qalib Salahzadə belə cavab verib: "1 usta götürüb göstərsinlər ki, bu evin daşlarını mən almışam, bu usta da tikib, bu fəhlə də daş verib. Mən isə tikdiyim evlərin fəhləsindən tutmuş kimlərə ki, evlərin işıqlarını çəkdirmişəm, hamısını götürüb göstərə bilərəm”.

"Onu da edən Rauf Pənahov idi”

Seymur Quliyev çıxarış göstərir və həmin çıxarışın aid olduğu torpaq sahəsinin zəbt edilərək "Şəbəkə” restoranının avtodayanacağına çevrildiyini deyir. Bildirir ki, torpağı Hacı Qalib zəbt edib oradakı evləri dağıdıb, ağacları məhv edib, ərazini avtodayanacaq kimi istifadə edir.

Hacı Qalib buna dair dedi: "O yerə 2012-2013-cü ilin iyununa qədər mənim özümü də buraxmayıblar. Mənim orada evim var. O yer ”Baksovet"indir. Mənə də deyilib ki, çıxın bayıra. Oradakı qapıdan məni buraxmayıblar. "Baksovet”dən adam qoymuşdular. Ora kimsəni buraxmırdılar. Onu da edən Rauf Pənahov idi. Mən 2013-cü ilin dekabrına qədər məhkəmə getdin. Mən 2013-cü ildə buranı alandan sonra bu durub dedi ki, bunların hamısını Hacı Qalib eləyib. Ali Məhkəmənin qərarı var, Aslan Kəlbəliyevin adına, həmin o ünvana. O ünvana Seymurun nə aidiyyəti var. Çünki torpaq Abşeron rayonunun deyil, "Baksovet”indir".

Xatırladırıq ki, 2018-ci ildə Bakı Şəhər Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu İcra Hakimiyyətinə məktub yazıb, Aslan Salahzadə küçəsi döngə 21, ev 2 ünvanına və dəniz çimərliyinə gedən yolun açılması üçün müraciət etmişdi. Hacı Qalib Salahzadə isə qarışıq fikirlərlə deyir ki, söhbət həmin yolun açılmasından getməyib: "O yol düşdü körpü tikilirdi, ora. İndi o yol yoxdur, o yolu bu bəhanə eləyir. Torpaq ”Baksovet"indir. Birincisi əvvəlcə sübut eləsinlər ki, torpaq Abşeron rayonunun torpağıdır. Torpaq "Baksovet”indir axı. Mən 5 il parlamentdə, Regional Komitədə bu işlə məşğul olmuşam. Başlanğıc sənəddə göstərilir ki, bu torpaq hansı kateqoriyadır və hansı rayona aiddir. Necə ola bilər ki, burada oturub Salyana qərar çıxarıram. Həmin qərar Salyanda işləyir bəyəm? İndi bu Salyanın qərarını götürüb Bilgəhə tətbiq eləyir. Belə deyil".

Bakı meri Eldar Əzizov qeyd olunan məktubunda Sabunçu icra başçısı Adil Vəliyevə yazır ki, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsində yolu açın, oradakı şlaqbaumu götürün. Yəni başqa ərazidən söhbət getmir. Hacı Qalib deyir ki, Eldar Əzizovun məktubundan xəbərsizdir: "Çünki mən ”Baksovet"də işləmirəm. Torpaq "Baksovet”in olub. O da torpağı verib Əmlak Komitəsinə. Əmlak Komitəsi də satıb "İnşaat sevis”ə. Mən də "İnşaat servis”ə pul ödəyib almışam. İndi də sözünüzdən belə çıxır ki, mən torpağı buna verim? Bu çıxır danışır ki, 2017-ci ildə çıxarış alıb. 2004-də verilən torpağın heç biri özəl deyil. Hamısı dövlət torpağıdır. Deyir ki, Dubaya getdim gəldim, guya 1 günün içində evini söküb yerə qoymuşam. 3-5 milyonluq, 1 milyonluq evi 1 günün içində necə sökmək olar? O ev olub mənim qardaşımın. Bunlar avtomat silahla 3 nəfər gəlmişdilər qapıya. Mən də əlimdə daş atıram bunlara. Bunlarda maşında avtomat vardı. Mən də deputat idim. Mən sonra bunları maşınla qabağıma qatdım. O mənim qapıma gəlib. Mən də atasının xətrinə evini yıxmadım. Aslan Kəlbəliyev onun dediyi ünvana qərar çıxarıb. Məndə var. Onlar Yasamal Məhkəməsinə gedib oyun çıxarıblar. Sabunçu məhkəməsi bir qərar çıxarıb, Yasamal Məhkəməsi də bir başqa qərar çıxarıb bu ünvana".




Xəbərin oxunma sayı : 757




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap