Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hadı Rəcəbli gömrükdən şikayətləndi – “Dəhşətli vəziyyətdədir”

Tarix 17.03.17, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin iclasında hökumətin ötənilki hesabatına münasibət bildirib.

Modern.az saytının məlumatına görə, deputat ötən ilin struktur islahatları ilə yadda qaldığını qeyd edib. O bildirib ki, xüsusilə maliyyə, gömrük və vergi sektrounda ciddi struktur islahatları aparılıb. H.Rəcəbli vurğulayıb ki, ötən il qəbul olunan yeni proqrama əsasən 1800 ailə özünəməşğulluq sosial layihəsində istifadə etməyə başlayıb: “Burada əsas məqsəd özünəməşğulluğun artırılmasıdır. Ötən il turizm sektorunda da mühüm işlər görülüb və minlərlə yeni iş yaradılıb”.

Deputat bəzi nöqsanların da olduğunu bildirib:
“Təəssüflə qeyd edilməlidir ki, icra orqanlarında bürokratik əngəllər hələ də var. Bunlar kiçik sahibkarlığın inkişafına mane olur. Bilirsiniz ki, Novruz bayramı münasibətilə ilə Azərbaycana İrandan çoxlu turist gələcək. Lakin gömrükdə birnövbəli sistemdir”-deyə bildirib.

Deputat qeyd edib ki, Lənkəran-Astara yoluna nəinki xarici turusti, heç yerli turisti də buraxmaq olmaz. Çünki o yolda vəziyyət həddən artıq dəhşətli vəziyyətdədir. Onun sözlərinə görə, Ələt-Astara yolunun tikintisi getdiyindən bu istiqamətdəki mövcud yol bərbad vəziyyətdədir. O əlavə edib ki, 2017-ci ilin ikinci yarısında bu yolun hazır olan hissəsinin istifadəyə verilməsi gözlənilir. “Ümid edirik ki, yolun hazır olan hissəsi ilin ikinci yarısında vətəndaşların istifadəsinə veriləcək. Çünki yol elə bərbad vəziyyətdədir ki, o yola nəinki xarici turistləri heç daxili turistləri və vətəndaşları buraxmaq olmaz. Ona görə də bu yolun qısa zamanda baş çatdırılması vacibdir. Əgər bu yol istifadəyə verilərsə, bu bölgənin turizm potensialının inkiaşfına öz müsbət təsirini göstərə bilər”.



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap