Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hadrut iqtisadiyyatımızda hansı paya malikdir? - Deputat

Tarix 09.10.21, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


"Hadrut qəsəbəsi potensial baxımdan Qarabağ iqtisadiyyatında xüsusi paya malik olacaq. Uzun müddət baxımsız şəhər olan Hadrut öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyur".

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Hadrut qəsəbəsinin işğaldan azad olunmasının bir ilinin tamam olmasından danışarkən deyib. O bildirib ki, Hadrut turizm zonası kimi böyük aktivliyə malik olacaq:

"Bir il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi. Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda böyük potensiala malikdir. 1876,8 kvadrat km sahəsi olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdəndir. Hadrut qəsəbəsi kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Hadrut qəsəbəsində qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Hadrut qəsəbəsi ən qədim insan məskənlərindən biri hesab olunur".

Deputat hesab edir ki, böyük yararlı torpağı olan Hadrutda kənd təsərrüfatında heyvandarlığın daha çox inkişaf etməsi imkanları var:

"Bununla yanaşı, aqrar sektorun fərqli sahələrinin inkişaf imkanları da var. Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunan bu qəsəbəmizin iqtisadi potensialının reallaşmasına imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, Hadrut qəsəbəsndə formalaşacaq iqtisadiyyat və istehsal ediləcək məhsullar daha geniş bazarlara çıxarıla biləcək".



Xəbərin oxunma sayı : 973




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap