Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hadrutda “Oxuyur Vətən“! - Azan səsi ilə başlayan möhtəşəm proqram (VİDEO)

Tarix 09.10.21, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Televiziyasının Vətən müharibəsinin ildönümü münasibətilə hazırladığı layihələrdən biri də “Oxuyur Vətən”dir.

AzFakt.com xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, musiqili layihə işğaldan azad olunmuş torpaqlarda çəkilir və torpaqların işğaldan azadolunma tarixlərində yayımlanır.

İlk buraxılış Suqovuşanda çəkilib və onun işğaldan azad olunduğu gün yayımlanıb.

Növbəti buraxılış isə bu gün – 9 oktyabr saat 21:00-da AzTV-də yayımlanıb.

Hadrutun işğaldan azad olunmasının ildönümü münasibətilə qəsəbənin müxtəlif məkanlarında çəkilişlər aparılıb.

Çəkilişlərdən biri Hadrut qəsəbəsində qədim alban kilsəsində edilib.

Musiqi parçalarından biri Hadrut qəsəbəsində ermənilərin işğal dövründə müqəddəsləşdirdiyi və mərkəzdə yerləşən parklardan birində ifa olunub. Xor ifa edən musiqiçilər parkda Azərbaycan və Türkiyə bayraqlarına bürünüblər. Onlar “İgidim, aslanım” musiqisini ifa ediblər.

Layihənin məqsədi musiqinin dili ilə erməni vandalizmini nümayiş etdirmək, torpaqlarımızın işğal dövründə düşmən tərəfindən viran qoyulduğunu dünyaya göstərməkdir.

“Oxuyur Vətən”in növbəti buraxılış Füzulidən yayımlanacaq.

Layihə rəhbəri, quruluşçu rejissor Elnur Qədirov, rejissor Tərlan Tağıyev, quruluşçu operator Nicat Nağızadə, redaktorlar Təhminə Yusifova, Mintac Elsevər, Nuray Əliyevadır.





Xəbərin oxunma sayı : 595




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap