Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hafiz Hacıyevdən “Qaçqınkom”a sərt reaksiya: “İlham Əliyevə xəyanət edirlər”

Tarix 19.01.17, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


"Əli Həsənov düşünməsin ki, Sumqayıtda Heydər Əliyevə qarşı apardığı təbliğat yaddan çıxıb. Hamısının görüntüləri var və yaxın vaxtlarda biz bu görüntüləri efirə verəcəyik" 

Bunu Politika.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədriHafiz Hacıyev qaçqınlar üçün imtiyazların ləğvinə münasibət bildirərkən deyib.

Partiya liderinin sözlərinə görə, bu addımla ölkədə narazı eloktarat arta bilər:

“Bugün elə bir vəziyyət yaranıb ki, bir tərəfdən lavrovlar Azərbaycana təzyiq göstərir, digər tərəfdən burdakı bəzi adamlar qaçqın və məcburi köçkünləri sosial təminatlardan məhrum edirlər.

Mən bu addımı düzgün hesab etmirəm. Çünki bu günə qədər ölkə başçısı qaçqınlara çox yüksək səviyyədə qayğı göstərib, humanistlik sərgiləyib. İstəmirəm ki, “5-ci kolon”un üzvləri Azərbaycanda qaçqınları narazı elektorata çevirsinlər”.

H.Hacıyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun fəaliyyətini kəskin tənqid edib. Onun sözlərinə görə, imtiyazların ləğvi dövlət başçısı İlhamƏliyev siyasətinə xəyanətdir:

“Söhbət ondan gedir ki, bugün “Qaçqınkom”un sədri Əli Həsənov qaçqınların hesabına milyardlar qazanıb. Hər tikilən qaçqın şəhərciyində onlara evlər satıb, pulq azanıb. Qazandığı milyardlardan bircə milyardını qaçqınlara versə, hər şey düzələr. 

Əgər onlar qaçqınları bu sosial təminatlardan məhrum etsələr, narazı eloktarat çoxalacaq. Cəbrayıl rayonunda baş verən hadisələrdə bu özünü bir daha təsdiqlədi. 
Qaçqın nə etməlidir?! Evi yox, eşiyi yox, 20 ildir küçələrdə qalıblar. Ölkə prezidenti, mənim qardaşım çalışır ki, bütün variantlardan istifadə edib onlara kömək etsin. Amma müəyyən dairələr ölkədə aranı qatmaqdan ötrü qaçqınların dövlət başçısının əksinə getməsinə şərait yaradırlar”.

Partiya sədri məsələnin gələn həftə qaçqın rayonların təşkilat sədrləri ilə görüşdə müzakirə olunacağını deyib:

“Düşünürəm ki, bu addım düşünülmüş planın tərkib hissəsidir. Hər halda bu məsələ yaxşı nəticələnməyəcək. Bizdə bu məsələdə öz sözümüzü deyəcəyik. Gələnhəftənin 2-ci günü qaçqın rayonlarının təşkilat sədrləri ilə görüşümüzdə bu məsələni müzakirə edəcəyik.

Yenədə deyirəm, bütün bunlar ölkə başçısının əleyhinə atılmış bir addımdır, bununda başında vaxtilə Sumqayıtda Heydər Əliyevin əksinə təbliğat aparan Əli Həsənovdurur. Bu gündə o, mənim qardaşım İlham Əliyevə qarşı addım atır. 

Əli Həsənovun övladlarının dəyəri milyonlarla ölçülən maşın kolleksiyası var. Azərbaycanın xeyli bölgəsində onun villaları, mülkləri var. 

Bütün bunlar qaçqınların hesabına əldə olunub. Mən də çalışacağam ki, müşavirəmizdən sonra ölkə başçısına çatdırım ki, artıq qaçqınları da Azərbaycanda anti-İlham Əliyev koalisiyasında xidmət edən qüvvələrə qoşmaq istəyirlər və çalışırlar ki, ölkədə böyük bir inqilab etsinlər. Burada çox ehtiyatlı olmaq lazımdır.

Çalışacağam ki, qaçqınlara qarşı atılmış bu addımı müşavirədə müzakirə edib əziz qardaşıma çatdırım ki, vəziyyət bu yerdədir. 

Əli Həsənov getsin nəvələrinin sürdüyü milyardlarla dollar dəyərində maşın kolleksiyasını satsın, qaçqınların təminatını ödəsin”.



Xəbərin oxunma sayı : 205




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap