Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb?

Tarix 23.09.17, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobilin cərimə meydançasına aparılması barədə məlumat yayılıb

AzFakt.com yenicag.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevaya cəzasını məhkəmə müəyyənləşdirəcək.

Qızının avtoxuliqanlığına dair xəbəri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev özünə qarşı təxribat kimi qiymətləndirib.

Bu barədə Yenicag.az-a danışan Hafiz Hacıyev bildirib ki, qızı ilə bağlı “avtoş”luq xəbərinin dövriyyəyə buraxılması bəzi məmurların onu susdurmaq niyyətindən irəli gəlir.

Partiya sədri deyib ki, “avtoş”luq etdiyi iddia olunan qızı hazırda Bakıda deyil və onun maşını yoxdur:

“Belə xəbərlərə əhəmiyyət verməyin, boş-boş söhbətlərdir. Mənim qızım hazırda Xanlardadır (Göygöl rayonu – red.), onun maşını yoxdur. Bu məlumatın yayılması mənim tənqidlərimdən narahat olan məmurların işidir, onlar bu yolla məni susdurmaq istəyirlər. Ancaq məqsədlərinə çatmayacaqlar. Bizim nəinki maşınımız, heç eşşək arabamız da yoxdur. O xəbərləri yayanlar heç olmasa bu məsələni dəqiqləşdirəydilər, ancaq ağılları ora qədər çatmayıb”.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap