Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır? - SİYAHI

Tarix 19.07.17, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün xaricdə yaşamaq, başqa ölkələrin vətəndaşlığını əldə etmək istəyən kifayət qədər insan var. Bəs hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirdi ki, hər bir ölkə bu məsələyə bir qədər həssas yanaşır:

“Bəzi ölkələrdə müəyyən prosedur qaydalarından keçməklə vətəndaşlıq almaq olar. Amma əksər ölkələrdə maliyyə müqabilində vətəndaşlığın alınma tələbi var. Misal üçün Maltanı götürək. Maltada təqribən 5 milyon dollar ödəməklə vətəndaşlıq hüququ əldə etmək. Kiprdə 3 milyondan 5 milyona yaxın avro ödəməklə vətəndaşlıq hüququnu qazanmaq mümkündür. Yaxud da, Kanadada 240 min dollara bu hüququ əldə etmək olar. Qeyd etdiyimiz ölkələrdə lazım olan vəsaiti ödəməklə vətəndaşlığı asan şəkildə əldə etmək olur. Lakin başqa yolla da vətəndaşlıq almaq mümkündür. Məsələn, həmin ölkədə anadan olmuşsunuzsa, oranın vətəndaşı ola bilərsiniz. Daha sonra, həmin ölkənin vətəndaşı ilə nigaha daxil olan şəxslər vətəndaşlıq əldə edə bilər. Bəzi ölkələrdə dini etiqadlara görə də vətəndaşlıq almaq olur.

Daimi yaşamaq icazəsinin alınması məsələsi...

Təcürbə göstərir ki, hər hansı bir ölkənin vətəndaşlığını əldə etmək istəyən şəxslər ilk növbədə həmin ölkə ərazisinə qanuni yolla daxil olmalı, burada qanunla tənzimlənən prosedurlara uyğun davranmalı, qeydiyyata düşməlı, müvəqqəti yaşamaq icazəsi almalı, daha sonra isə daimi vətəndaşlıqla bağlı müarciət etməlidir. Bu prosesdur qaydalarını keçdikdən sonra hansısa bir ölkədə vətəndaşlıq əldə etmək olar. O ki qaldı daimi yaşamaq icazəsinin alınması məsələsinə, Avropanın bəzi ölkələrində, həmçinin Kanada, Yeni Zellandiya, Avstraliyada bundan istifadə olunur. Xarici ölkələrdə daimi yaşamaq istəyənlərin sayı kifayət qədər çoxdur.İstənilən ölkədə prosedur qaydalar dəyişə bilir”.

Ekspert əlavə etdi ki, Azərbaycan Respublikasının vətəndaşları üçün Rusiyada vətəndaşlıq əldə etmək olduqca asan bir prosesdir:

“Bu, xüsusilə də, son 2 il ərazində qanunverilicikdə baş verən dəyişikllərlə bağlıdır. Dəyişiklikdə qeyd olunur ki, keçmiş SSRİ ərazisində doğulan, eləcə də Rusiya ərazisində fəaliyyət göstərən ali təhsil müəssisəndə təhsil alan şəxslər vətəndaşlıq ala bilir. Yuxarıda sadaladığımız ölkələrlə müqayisədə Rusiyada çox asan şəkildə vətəndaşlıq əldə etmək olar. Düşünürəm ki, vətəndaşlar hansısa ölkədə vətəndaşlıq ala bilər prinsipinə yox, hansı ölkədə daha rahat şəkildə qalıb yaşaya bilər prinsipinə üstünlük verməlidir. Məsələn, almaniyada daha asan şəkildə əmək müqaviləsi əldə etmək, yaşamaq mümkündür. Lakin vətəndaşlıq almaq çətindir. Buna uyğun addım atmaq daha yaxşıdır”.



Xəbərin oxunma sayı : 961




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap