Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hansı dövlət obyektləri özəlləşdirildi? - Komitədə hərrac

Tarix 21.02.17, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, budəfəki hərracda, ümumilikdə 16 dövlət əmlakı olmaqla, 2 səhmdar cəmiyyət 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Bildirilib ki, hərracda özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir. Bu əmlakların 1-i ticarət obyekti olub, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub:

"Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkəran rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub. Bunlar Sabunçu rayonundakı 101 kvadratmetr sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonunda yerləşən 433,1 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsidir. Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahə isə 50 min manata özəlləşdirilib. Hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır. Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi (çıxarış) ilə təmin olunurlar. Ümumiyyətlə, dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata investisiyalar, o cümlədən xarici investorlar cəlb etmək yolu ilə inkişafa nail olmaqdır.

Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər. Hərracda iştirak edən və qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilərlər".

Xatırladaq ki, növbəti belə hərrac fevralın 28-də keçiriləcək və özəlləşməyə 77 dövlət müəssisə və obyekti çıxarılıb.



Xəbərin oxunma sayı : 187




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap