“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? - Siyahı

Tarix 09.10.25, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisi banklara 14 milyard 661 milyon 949 min manat əmanət qoyub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən əmanət məbləği 1 434 manat olub.
Qeyd edək ki, ən yüksək əmanət məbləği Bakı şəhərinin payına düşüb. Rəsmi statistikaya görə, Bakı şəhərində əhalinin sayı 2 milyon 351,3 min nəfər olub. Paytaxtda banklara yerləşdirilən əmanətlərin həcmi isə 12 milyard 954 milyon 353 min manat olub. Nəticədə, Bakıda adambaşına düşən əmanət məbləği 5 min 508,5 manat təşkil edib.

Ölkənin digər bölgələrində adambaşına düşən əmanət məbləği paytaxt ilə müqayisədə dəfələrlə aşağı olub. Bakıdan sonra ən yüksək əmanət məbləği Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda adambaşına düşən əmanət məbləği Bakı ilə müqayisədə 9,1 dəfə az – 606,6 manat olub. Ən az əmanət isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb ki, burada adambaşına düşən əmanət məbləği cəmi 1,4 manat təşkil edib. Bu isə paytax Bakı ilə müqayisədə 3 935 dəfə azdır.

Azərbaycanın iqtisadi rayonlarında əhalinin sayı, banklardakı əmanətləri və adambaşına düşən əmanət məbləği aşağıdakı kimi olub:



Xəbərin oxunma sayı : 1573




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap