Karyerasına son qoyub körpəsini böyütmək istəyir “Məni milyonçu hesab edirlər” - Vasif “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası Elnarə ilə Tolik arasında dava
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2018

    Karyerasına son qoyub körpəsini böyütmək istəyir

  • / Maqazin / — 17 Fevral 2018

    “Məni milyonçu hesab edirlər” - Vasif

  • / Maqazin / — 16 Fevral 2018

    “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

  • / Maqazin / — 09 Fevral 2018

    Elnarə ilə Tolik arasında dava

  • / Maqazin / — 07 Fevral 2018

    Elza Seyidcahan polisə şikayət etdi

  • / Maqazin / — 06 Fevral 2018

    Tanınmış müğənni 3-cü ərindən də boşandı

Hazard “Qarabağ”a qarşı oynayacaqmı? – Kontedən açıqlama

Tarix 11.09.17, 0:16

Font ölçüsü : - / +
bitmap-img6


Zədəsi səbəbindən uzun müddətdir “Çelsi”yə kömək edə bilməyən Eden Hazard dünən Premyer Liqanın 5-ci turunda “Lester”lə səfər matçında meydana çıxıb.

Qol.az-ın xəbərinə görə, London təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçda belçikalı futbolçu 78-ci dəqiqədə Sesk Fabreqası əvəzləyərək oyuna daxil olub.

London klubunun saytı “Çelsi”nin baş məşqçisi Antonio Kontenin 26 yaşlı yarımmüdafiəçini yenidən meydanda görməkdən məmnun olduğunu yazıb: “Bu, yaxşı xəbərdir. Əlbəttə, ona 100 faiz hazır olması üçün vaxt lazımdır”.

Hazardın sentyabrın 12-də “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda da meydana çıxmasının mümkünlüyü ilə bağlı suala cavabında italiyalı mütəxəssis tələsməməyi məsləhət görüb: “Biz hamımız Hazardın “Çelsi” üçün nə qədər vacib oyunçu olduğunu bilirik. İndi səbr etməli, Hazardın formasını bərpa etməsi üçün ona vaxt verməliyik. Amma mən ondan razıyam. Ağır zədədən sonra onu yenidən meydanda görmək xoş idi”.



Xəbərin oxunma sayı : 157

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda