Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Həbs edilən İcra başçısının “krışası“ kim olub: Cavid Qurbanov, yoxsa İsmət Abbasov?

Tarix 02.05.20, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin yüksək dövlət vəzifəsinə təyinat almasında Baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub.

AzFakt.com xəbər verir ki, "AzPolitika.info”-ya daxil olan məlumata görə, M. Quliyev sabiq kənd təsərrüfatı naziri, daha sonra Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur. Mənbə bildirib ki, ali təhsili və idarəçilikdə, dövlət qulluğunda heç bir iş təcrübəsi olmayan restoran müdirinin sürətli karyera yüksəlişi ancaq hakimiyyətdə yüksək post tutan himayəçisi sayəsində mümkün ola bilərdi. Mahir Quliyevin belə qohumcanlı vəzifəli sarıdan bəxti gətirib.O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra - 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.

Vəzifədə olduğu müddətdə haqqında mediada çoxsaylı korrupsiya, rüşvət, yarıtmaz idarəçiliklə bağlı ittihamlar irəli sürülsə, barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlansa da, "qüvvətli əl” onu qoruya bilib.

Bir başqa məlumata görə isə M.Quliyevin "Dövlət Dəmir Yolları”-nın rəhbəri Cavid Qurbanovla da yaxın dostluq əlaqələri var.

Ötən ilin sonlarında hakimiyyətdə aparılan struktur və kadr dəyişikliklərindən sonra belə məmurların vəzifədə qalmaq şansları azalıb. Vəzifəsindən sui-istifadə edərək, korrupsiya, rüşvət, mənimsəmə və s. cinayətlər törədən icra başçıları bir-birlərinin ardınca ifşa edilərək məsuliyyətə cəlb olunurlar. Bu prosesin davamlı olacağı şübhə doğurmur.



Xəbərin oxunma sayı : 1495

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda