Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Həbs edilən Qarabağ qulduru ittihamları rədd edir – Vəkili danışdı

Tarix 23.03.17, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


Martın 22-də Ermənistanda silah qaçaqmalçılığında təqsirləndirilərək həbs edilən Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan ifadə verib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər yayıb. Babayanın vəkili Avetis Kalaşyanın sözlərinə görə, “keçmiş nazir” özünə qarşı ittihamları əsassız sayıb. S.Babayan ifadəsində qeyd edib ki, ittihamda əksini tapan şübhəli məqamların ona hər hansı aidiyyatı yoxdur. Həmçinin o, silah qaçaqmalçılığı faktı üzrə həbs edilən digər iki Ermənistan vətəndaşı haqqında heç nə bilmədiyini də iddia edib. Vəkil deyib ki, istintaq sirri səbəbindən və müvəkilinin maraqları baxımından bundan əlavə heç nə deyə bilməyəcək. Ancaq əlavə edib ki, Babayanın həbsinin səbəbləri onun özünə də məlum deyil.

Vəkil S.Babayanın həbsi və “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun fəaliyyəti arasında hər hansı əlaqənin olub-olmadığı barədə suala cavab verməkdən yayınıb.

Qeyd edək ki, ilkin məlumatda S.Babayanın Gürcüstandan Ermənistana “İqla” zenit-raket qurğusu gətirməkdə ittiham olunuğu bildirilirdi. Hətta “Samo” ləqəbli quldurun dövlət çevrilişinə hazırlaşdığı və bu məqsədlə ölkəyə silah-sursat daşıdığı da iddia olunub.



Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap