Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həbs edilən Venesuela diplomatı ABŞ-a təhvil verildi - Maduronun pullarını yumaqda ittiham edilir

Tarix 17.10.21, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Kabo-Verde hakimiyyəti Venesuela diplomatı, 2020-ci ilin iyun ayında İrana gedərkən bu ölkədə ABŞ-ın sorğusu əsasında həbs edilmiş Aleks Saabanı Birləşmiş Ştatlara ekstradisiya edib. 

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gün yerli vaxtla saat 16.00 radələrində Aleks Saabanı aparan təyyarə Kabo-Verdedən ABŞ-a uçub. O, Florida məhkəməsi qarşısında dayanacaq.



Aleks Saaba Kolumbiya vətəndaşlığı daşıyır, biznesmendir və  2019-cu ilin iyulunda Venesuela prezidenti Nikolas Maduronun maraqlarına xidmət edən “geniş korrupsiya şəbəkəsi” qurmaqda ittiham olunaraq ABŞ-ın sanksiyalar siyahısına salınmışdı. Bir il sonra Saaba ABŞ-ın sorğusu ilə Kabo-Verdedə həbs olunub. Diplomat İrana uçarkən təyyarəsi yanacaq götürmək üçün bu ölkəyə enmişdi və Federal Təhqiqatlar Bürosunun agentləri yerli İnterpol əməkdaşları ilə birlikdə onu saxlamışdılar.

Aleks Saaba Venesuelanın Afrika İttifaqındakı xüsusi nümayəndəsi postunu tuturdu. Kolumbiya KİV-lərinin yazdığına görə, o Venesuela hakimiyyəti ilə İran və Rusiya arasında ABŞ-ın maraqlarına zidd gizli razılaşmalar barədə informasiyalara malikdir. Rusiya XİN Aleks Saaba ətrafındakı situasiyanı “misli görünməmiş” adlandırıb. Nazirlik bəyan edib ki, ABŞ diplomatik status daşıyan səlahiyyətli şəxsin ekstradisiyasına nail olmaqla “yeni səviyyəyə qalxıb” və zərərli presedent yaradıb.



ABŞ hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Aleks Saaba bu ölkənin maliyyə sistemi üzərindən Venesuela hakimiyyətinin xeyrinə azı 350 milyon dolların yuyulmasını həyata keçirib. Vəkilləri və Venesuela hakimiyyəti onun həbsini “siyasi motivli” hesab edir. Venesuela hakimiyyəti dəfələrlə Aleks Saabanın azad edilməsini tələb edib. Rəsmi Karakas bildirir ki, diplomat “humanitar missiya ilə” İrana uçurdu.

Aleks Saabanın ekstradisiyası ilə bağlı Venesuela hakimiyyəti müxalifətlə bir neçə ay əvvəl başlamış dialoqu dayandırdığını bəyan edib. Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib. O, Saabanın ekstradisiyasını ABŞ-ın Venesuelaya qarşı növbəti təcavüz aktı adlandırıb. “Bu təcavüz aktı ilə bağlı biz Mexikoda oktyabrın 17-də keçiriləcək növbəti raunda qatılmayacağıq”, - Venesuela hakimiyyətinin müxalifətlə dialoq aparan nümayəndə heyətinin başçısı Rodriqes deyib.




Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap