Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həbsdə olan generalın bacanağının qalmaqallı cinayət işində yenilik: “Oğluma qarşı da cinayət işi açılıb“

Tarix 13.11.18, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.

Bu gün baş tutan prosesdə təqsirləndirilən şəxsin oğlu Fərid Talıbov ifadə verib. Fərid Talıbov bildirib ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Amid Hüseynovu tanıyır. Onun qardaşı ilə sinif yoldaşı olub: "Uşaqlıqdan onları tanıyıram. 2008-ci ildə mənə torpaqları olduğunu, ona sənəd almaq lazım olduğunu dedi. Mən də bu barədə atama müraciət etdim. Atam həmin vaxt dövlət işində işləyirdi. Sonra Amid atama 6 min dollar pul verdi. İş alınmadı, atam pulu geri qaytardı, lakin o, yalnız 500 dolları götürdü. Amid bildirdi ki, "pul evdə qalsa xərclənəcək". Bir müddət keçəndən sonra Amidin atası qəza törədib, həbs edildi. Atam onun yanına gedib-gəldi. Biz bu barədə sorğu da vermişik, atam onun yanına 53 dəfə gedib-gəlib".

Suallara cavab verən Fərid Talıbov barəsində cinayət işi başlandığını deyib. O, qeyd edib ki, işə Nizami Rayon Məhkəməsində baxılır: "Guya mən Amidə özümü Nizami Rayon Prokurorluğunun əməkdaşı kimi təqdim etmişəm. Belə şey olmayıb. Buna görə də barəmdə cinayət işi başlanılıb və ibtidai istintaq yekunlaşıb, hazırda Nizami Rayon Məhkəməsində baxılır".

Sualları cavablandıran şəxs deyib ki, bu cinayət işi üzrə təqsirli bilinib və həbs edilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxananın sabiq müdiri Elçin Qurbanov onun dayısıdır.

Bildirək ki, sərbəst ifadəsində Müsənnif Talıbov heç kimdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib. Qeyd edib ki, zərərçəkmiş Amid adlı şəxdin torpaq sahəsinin sənədlərində problem olub. Bunu qaydasına qoymaq üçün ona 6 min manat pul verib: "Sonra Amid Türkiyəyə gedəndə gəlib məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, mənə atasına yardım etməyimi istədim. Onum xəstəxana xərclərinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim".

Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyini deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib.

İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb. Səhhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.

Məhkəmənin hazırlıq iclası baş tutmayıb. Buna səbəb təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi olub. Talıbovun vəkili deyib ki, müvəkkilinin səhhətində problem olduğu üçün məhkəməyə gələ bilməyib.

Xatırladaq ki, general Sübahir Qurbanov "MTN işi" çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 316




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap