Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Həbsdə olan polkovnikin adına əmlak yoxdur - 800 minlik dələduzluq işi

Tarix 01.08.18, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Həbsdə olan polkovnikin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Onun adına əmlak olmadığı məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən ziyanı ödəyib-ödəmədiyini soruşub. S.Şükürov ziyanı ödəmədiyini deyib.

Hakim deyib ki, Əmlak Məsələləri Dövlət Komitəsinə S.Şükürovun əmlakları ilə bağlı göndərilmiş sorğuya cavab gəlib. Sorğunun göndərilməsində məqsəd Şükürovun əmlaklarının müəyyən edilməsi və üzərinə həbs qoyularaq zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi idi.

Sorğuya cavabda qeyd edilir ki, S.Şükürovun adına əmlak yoxdur.

Prosesin davamında məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkənə iclası avqustun 6-na təyin edilib.

Qeyd edək ki, bu işdə adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır.

Cinayət işində adı keçən Əli Kərimbəylinin də məhkəməyə çağırılaraq dindirilməsi tələb edilir.

Çünki məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda o Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.

S.Şükürov bunu təsdiqləyir: "Vaxtı ilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsi ilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim".

Xatırladaq ki, S.Şükürov iki epizod üzrə təqsirləndirilir. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb.

Sahib Şükürov bu əməlini də etiraf edir. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər".

S.Şükürov bu işi həll etmək üçün Naxçıvan Gömrük Komitəsinin sabiq sədridir 73 yaşlı Telman Əliyevlə görüşüb ki, o vəzifəli şəxslərdən bu işin həllini xahiş etsin.

Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şükürov 1958-ci ildə Sabirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edildiyi və bir neçə illik azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıq aparıldığını, bəzilərinə pul verildiyini deyir.



Xəbərin oxunma sayı : 484




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap