Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Həbsdəki MTN generalının 15 min dollarlıq qızıl “Vertu” cinayəti üzə çıxdı - ŞOK DETALLAR

Tarix 21.12.21, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


“Bildi ki, mənim ”Slavyanka"da payım var, bütün villalarına, iş yerinə, restoranlarına gündəlik su göndərməyimi tələb etdi"

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, davam edir.

Bu müddət ərzində iş üzrə 5 nəfər zərərçəkən ifadə verib. 

Məhkəmə açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir. Zərərçəkənlər prosesin bu şəkildə aparılmasına qəti şəkildə etiraz edirlər. Buna baxmayaraq hakim Elbəy Allahverdiyev qanunsuz qərarını dəyişməyə tələsmir. Zərərçəkənlər istintaqda, məhkəmə zalında deyə bilmədiklərini mətbuata açıqlayır, ibtidai istintaq zamanı qeydə alınmayan olduqca ciddi faktları ictimailəşdirməklə onlara qarşı baş verən cinayətlərə diqqət çəkməyə çalışırlar.

Bu müddət ərzində Mövlam Şıxəliyevin vəkilləri susub ittihamları cavablandırmaqdan yayınırdılar.

Onun vəkillərindən biri olan Ceyhun Yusifov nəhayət ki, musavat.com-a danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar tam əsassızdır.

“Mövlam Şıxəliyev heç kimdən pul almayıb, heç kimə hədə-qorxu gəlməyib, vəzifəsində sui-istifadə etməyib. 32 zərərçəkəndən heç biri demir ki, Mövlam Şıxəliyevə pul vermişəm. İttihamlar tam əsassızdır” – deyə vəkil bildirib.

Vəkilin bu açıqlamasından sonra redaksiyamızla əlaqə saxlayan zərərçəkənlər – Hüseyn Səfərov, Əfsəl Həsənəliyev, Zaur Əliyev, Akif Qurbanov və Əhməd Mirzəyev Mövlam Şıxəliyevin şəxsən onları hədələdiyini, onlara qarşı cinayətlərin başında dayandığını bildiriblər.

“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi?

Sonuncu məhkəmə prosesində ifadə vermiş zərərçəkən Əhməd Mirzəyev deyib ki, Mövlam Şıxəliyevin vəkili yalan danışır.

“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi? MTN təcridxanasından şəxsi türmə kimi istifadə edib? Mənim şəxsən heç bir günahım olmayıb. Dostum mənə hədiyyə göndərib, almışam. Mən məhkəmədə də dedim, hələ bir çox məsələlər var ki, mən onların üzərindən keçdim demədim. Məni girov götürmeklə qanunsuz həbs ediblər. 500 min dollar pul aldılar və azad etdilər. Mənə qarşı bütün bu cinayətlərə Mövlam Şıxəliyev birbaşa rəhbərlik edib. Onun müavini vardı, Təhsin Ağayev. Bu gün yalandan özünü xəstəliyə vurub üzə cıxmır. Mövlam Şıxəliyevin sözlərini mənə o çatdırırdı. Tutulandan sonra  məni Mövlam Şıxəliyevin kabinetinə o aparırdı. Mövlam Şıxəliyev mənə deyirdi ki, Təhsin dediyi məbləği düzəldib çatdımalısan. Mən də məcbur olub qardaşıma icmarıc yollayıb deyirdim ki, tələb etdikləri pulu düzəldin, verin. Obyektimi “Azəriqazbank”a girov qoyub pul götürdük, əlimizdə olan pulları da qoyub verdik. Bundan sonra Mövlam Şıxəliyevin şəxsi tapşırığı ilə mənə saxta xəstəlik tarixi düzəltdilər və xəstə olduğumu əsas gətirib azad etdilər. Vəkil gedib iş materialları ilə tanış olsun, görəcək ki, yalan danışan da elə Mövlam Şıxəliyev özüdür”.

“Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli…”

Açıklama yok.

Rəisə kabinetində 21 min dollarlıq qızıl saat hədiyyə etdim” –

Zərərçəkən deyir ki, azad ediləndən sonra da Mövlam Şıxəliyev hər dəfə ona zəng vurub, ən müxtəlif hədiyyələr, villaları, restoranları üçün bahalı tikinti materialları aldırıb: “5 il ərzində Mövlam Şıxəliyev məni daim nəzarət altında saxlayıb. Hər an növbəti zərbə gələcəyini düşünmüşəm. Sözümüzü deməyə yer də tapmırdıq. Mövlam Şıxəliyev biləndən sonra ki, mənim su istehsalı ilə məşğul olan “Slavyanka”da payım var, yanına çağırdı. Tapşırdı ki, bütün villarına, iş yerinə, restoranlarına gündəlik “Slavyanka” suyu göndərim. Mən də məcbur qalıb onun tələbini yerinə yetirdim. 2010-cu ildən düz 2015-ci ilə kimi hər gün onun villalarına, iş yerinə, restoranlarına “Slavyanka” suyu göndərmişəm. 1 qara qəpik belə verməyiblər. Heç suyu aparan maşının, fəhlənin pulunu da vermirdilər. Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli idim, ya da biznesimi qoyub ölkədən çıxmalı idim. Onun tələbini yerinə yetirdim, çoxlu borcum əmələ gəldi. Məcbur olub borcun yerinə “Slavyanka”dakı payımı verdim. İndi də deyirlər ki, Mövlam Şıxəliyev heç kimdən pul almayıb. Pulumuzu da alıb, malımızı da canımızıda. Hələ utanmayıb yalan da danışırlar”.

“Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir”

Zərərçəkən deyir ki, Mövlam Şıxəliyevin vəkili müdafiə etdiyi şəxsin cinayətlərindən xəbərsizdir: “Vəkildən xahiş edirəm ki, gedib ondan soruşsun. Biləcək ki, Mövlam bizə qarşı hansı cinayətləri edib. O deməsə, mən buradan deyirəm, yazsın dəftərinə. Mövlam mənə zəng elədi. İnanmırlarsa, nömrəsindən çıxan zənglərin siyahısına baxsınlar. Dedi ki, ad günümdür, mənə kostyum al. Mən də düşündüm ki, kostyumun qiyməti maksumum 1000-1500 dollar olar. Dedim ki, alıb gətirərəm. Mövlam Şıxəliyev isə dedi ki, kostyumu özüm alaram, pulunu isə sən verərsən. Razılaşdım. Yenə də deyirəm, başqa yol qoymamışdılar. Tutan da, aylarla təcridxanada saxlayan da, məhkəmədə iş verən də bunlar idi. Zərərçəkən Hüseyn Səfərova 2 “Vertu” aldırıb. Mövlam Şıxəliyev mənə də “Vertu” aldırıb, qızıl suyuna çəkilmiş “Vertu”. Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Getdim maraqlandım, məlum oldu ki, onun istədiyi “Vertu”nun qiyməti 12 min dollardır. Əlacsız idim, kimə nə deyə bilərdim. Gedib aldım və MTN-ə getdim. Həmin “Vertu”nu Mövlam Şıxəliyevə kabinetində şəxsən özünə vermişəm. Vəkildən də xahiş edirəm, Mövlam Şıxəliyevdən həmin “Vertu”nu soruşsun. Biləcək ki, o, “Vertu” mənim puluma alınıb. Mən bunun üstündən keçəcəkdim. Necə ki, məhkəmədə demədim. Amma belə həyasızlıq olmaz. Pulumuzu da alıblar, başımıza müsibət açıblar, qanunsuz həbs ediblər, məhkum ediblər, indi də çıxıb deyir ki, belə şey olmayıb. Məhkəmədə də arsız-arsız deyir ki, baş verənlərdən harasa şikayət etmisən. Dövlətdən dövlətə şikayət edəcəkdim? Oturmuşdular elə vəzifədə ki, biz onlara şikayət etməli idik. Onlar quldurlara qarşı mübarizə aparmalı, millətin təhlükəsizliyinin keşiyində durmalı idilər. Amma tam əksinə idi. Millət üçün təhlükə, şər-böhtan mənbəyinə çevirilmişdilər. Açın İttiham Aktını, oradakı sənəd-sübutlarla diqqətlə tanış olun. Görəcəksiniz ki, bu adamlar illərlə millətin başına nə oyun açıblar”.

“Özü şəxsən zəng edib, dedi ki, restorana “İtalyanski” kafel-metlax apar”

Zərərçəkən Mövlam Şıxəliyevin tələbi ilə restoranına bahalı kafel-metlax alıb göndərdiyini də açıqlayıb: “Hələ mənə “Qaqarin” körpüsünün yanındakı restoranına da 40 min manatlıq İtalyan istehsalı olan metlax-kafel də aldırıb. Özü şəxsən zəng edib, dedi ki, restorana “İtalyanski” kafel-metlax apar. Mağazamızda İtaliya istehsalı olan kafel-metlax yox idi. Ona görə də başqa mağazaya 40 min manat ödəyib kafel-metlax aldım, aparıb verdim”.

“Ta ki, möhtərəm prezident MTN-dəki cinayət yuvasını dağıdana kimi…”

Əhməd Mirzəyev deyir ki, Mövlam Şıxəliyev onunla mütəmadi olaraq əlaqə saxlayıb, hər dəfə də nəsə tələb edib: “Məni azad edəndən sonrakı 5 il ərzində, ta ki, möhtərəm prezident MTN-dəki cinayət yuvasını dağıdana kimi Mövlam Şıxəliyevə nə lazım oldurdusa, məni yığırdı. Onun Novxanıdakı imarəti var. Mənə tapşırmışdı ki, ora bitişik bağın həyətinə beton tökdürüm, üstündən də tamet vurdurdum. Mən bu işləri də gördürmüşəm, 30 min manat pul xərcəmişəm. Bu illər ərzində Mövlam Şıxəliyevin sifarişlərinin yerinə yetirilməsinə xərclədiyim pulları vəkillərimlə birgə hesablayırıq. Bütün ziyanımı ondan tələb edəcəyəm. Mənə mənəvi baxımdan vurduğu ziyanın da qarşılığını alacağam”.    

“Məndən alınan 500 min dollar bu vəzifəli şəxslərin arasında bölüşdürülüb”

Zərərçəkən deyir ki, onu Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şıxəliyev, Şıxəliyevin müavini Təhsin Ağayev qanunsuz saxlayıb, girov götürüblər. Bu şəxslər barədə də tədbir görülməlidir:

“Mənə qarşı ağlasığmaz cinayətdə bu vəzifəli şəxslərin əli var. Heç bir qanundan kənar hərəkətim olmaya-olmaya məni  21 gün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında – şəxsi zindanlarında qanunsuz olaraq saxlayıblar. Bu gün Mövlam Şıxəliyev düz deyir, mənə qarşı həmin qanunsuzluğa don geyindirən Zakir Qaralovla Rüstəm Usubov olub. Onlar qondarma cinayət işi üzrə bunların təqdimatını imzalayıb məhkəməyə yolladılar.   Bu gün Mövlam Şıxəliyev özünü düşünüb cinayət ortaqlarının arxasında gizlənmək istəyir. Mövlam Şıxəliyev hələ də düşünür ki, Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov bunu xilas edəcəklər. Elə biz də bunu istəyirik, Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubovu də gətirib onun yanında oturtmalıdırlar. Məndən alınan 500 min dollar bu vəzifəli şəxslərin arasında bölüşdürülüb. Bunların bir tayı da Bakı Ağır Cinayətlər Məhkəməsində hakimdir – Əfqan Hacıyev. O da məndən saxta ittihamla həbs edilməməyimiz, məni və sürücü Arifin barəsində şərti cəza çıxarılması üçün 70 manat alıb. Onu da bunlaırn yanında oturtmaq lazımdır”.

“…yenidən araşdırılsın və yeni epizodlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin”

Zərərçəkən Əhməd Mirzəyev baş prokuror Kamran Əliyev və dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevdən xahiş edir ki, mətbuat üzərində müraciəti şikayət ərizəsi kimi əsas götürülərək yenidən araşdırılsın və yeni faktlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin. Ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin.   






Xəbərin oxunma sayı : 1261




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap