Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hələb, Mosul və yeni dünya düzəni: Osmanlı mirasına kim sahib çıxacaq? – Təhlil

Tarix 03.11.16, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Müharibələr silsiləsi

Beynəlxalq münasibətlərin tarixi dövridir, spiral üzrə tədricən inkişaf edir, dövlətlərin tarixini axınlara – onları yüksəliş və süqutun gözlədiyi yüzillik dövrlərə çevirir. Nikolay Kondratyev və İmmaniul Vallerstaynın dövrilik nəzəriyyəsi davamı, təxminən, əlli il təşkil edən yüksələn və enən dövrlərdən xəbər verir. Ancaq, bax, intellektuallar bir detalı yada salmağı unudurlar: hər yüz ildə yeni dünya düzəni ilk iki onillik ərzində biçimlənir. Bunun örnəkləri yetərincədir: XX əsrdə bu hadisə 1914-1918-ci illər I dünya savaşı, XIX əsrdə 1800-1815-ci illər Napoleon müharibələri, XVIII əsrdə 1701-1714- cü illərdə İspaniya mirası uğrunda XIV Lüdovikin müharibələri, XVI əsrdə 1598-1613-cü illərdə Rusiyada İğtişaş, XV əsrdə 1510-1522-ci illərdə Avropa, Yaxın və Orta Şərqdə (Moldova, Serbiya, Ermənistan, şimali Mesopotamiya, Hicaz, Suriya, Fələstin, Misir, Əlcəzair) Osmanlı istilası olub…

Müharibələr hər dəfə təkcə yeni sərhədləri deyil, həm də qüvvələrin yeni tarazlığından doğan yeni dünya düzəninin cizgilərini nişanlayıb. Və XXI əsr də qaydalardan istisna deyil. Ancaq bu dəfə söhbət Osmanlı mirasından gedir.

ABŞ 2003-cü ildən 2016-cı ilə qədər Cənubi Çin dənizindən Afrikanın qərb sahillərinədək münaqişələr qövsü sərərək yolundakı bütöv dövlətləri məhv edib. Bu mənada NATO-nun Əfqanıstan, İraq və Suriya müdaxilələri 2020-ci illərin ortalarından yüksəliş meyli yaşayacaq gələcək dünya düzənini öz ladında formalaşdırmaq cəhdidir. Çinlə Avropa Birliyi arasında mal dövriyyəsinin artıq Amerika-Çin ticarətinin həcmini üstələməsi nəzrə alınmaqla Pentaqonun başlıca vəzifəsi Həmədan, Tehran, Kirmanşah, Bəsrə, Bağdad, Mosul, Hələb və İstanbul kimi şəhərlərdən keçən strateji kommunikasiyalar üzərində nəzarət olur.

Dünya iqtisadiyyatının inkişafını öldürmək mümkün deyil, deməli, amerikalılar və alyans üzrə müttəfiqləri buna başçılıq etməyə cəhd edəcəklər. Bunun üçün isə təkcə yeni texnologiyalar və Silikon vadisinin qalan dünya üzərində liderliyi deyil, həm də mübadilə şaxələri – dəmiryolları, neft və qaz kəmərləri üzərində nəzarəti lazımdır. Buna görə də Mesopotomiya kürəsəl münaqişənin ön planına çıxır. Məhz orada “qədim” Babilin yerində “yeni” Babil ucaltmaq istəyirlər. Yeni dünya düzənində Mosul və Hələbin önəmini lazımınca dəyərləndirmək üçün birəsrlik tarixə müraciət edək.

Keçmişin böyük inşaatı…

Beləliklə, 2016-cı ilin oktyabrı keçmişlə indi arasında tarixi paralellər aparmağa məcbur edərək başa çatıb. Bu məsələlərin ən çətini deyil, çünki keçmiş Osmanlı imperiyasının torpaqları uğrunda mübarizənin davam etdiyi ərazidə hətta davamlı müharibənin bir əsri də Yaxın və Orta Şərqin xəritəsini dəyişdirə bilməyib. Və hazırda İraq, ABŞ, Fransa və Türkiyə qoşunları şiə və kürdlərin könüllü yığmasına ehtiyatla boylanaraq Mosula həmlə edərkən 1918-ci il oktyabrın 30-u – Osmanlı imperiyasının Antanta ölkələri ilə Mudros sülhü bağlayıb ingilislərə 1916-cı il Sayks-Piko məxfi sazişinə əsasən Fransanın nüfuz dairəsinə keçmiş Mosul vilayəti üzərində hərbi nəzarəti geri almağa imkan verdiyi gün yada düşür. Rəmzidir, elə deyilmi?

Hadisələr müstəmləkəçilik janrının bütün kanonları ilə təşkil edilmişdi. Sənədi imzalayanlar Yunanıstanın Lemnios adası yaxınlığında lövbər atmış “Aqamemnon” kreyserində görüşən Osmanlı imperiyasının dəniz donanması naziri Rauf bəy və Britaniya admiralı Artur Somerset Qof-Kaltorp idi. Fransa vitse-admiralı Jan-Fransua-Şarl Amenin danışıqlara qoşulmaq tələblərinə baxmayaraq, tarixi görüş ikitərəfli formatda keçib. İngilislər 1919-cu ilin yanvarında Suriya, Fələstin, Ərəbistan və Mesopotomiyanı Osmanlı imperiyasının əlindən alıb ona “ölüm hökmü” imzalayıblar. Qərar Antanta Ali Şurasının rəhbərlik etdiyi Paris sülh konfransında qəbul edilib. Britaniya nazirlər katinetinin katibi baron Moris Xenki konfransın işini bu cür təsvir edib: “Lloyd Corc prezident Vudro Vilsona kifayət qədər nifrətlə yanaşır və Türkiyəni Britaniya, Fransa və İtaliya arasında tezliklə bölməyə cəhd edirdi ki, yalnız sonra ABŞ-a müraciət etsin. O, hesab edirdi ki, Londona əvvəlcə Türkiyənin torpaqlarını udmaq, sonra isə artıq alman müstəmləkələrinə üz tutmaq çox asan olacaq. Baş nazir əmin idi ki, bu cür taktika Britaniya hərbi uğurlarına diqqəti daha az cəlb edəcək”.

Buna görə də Mosul 1918-1920-ci illərdə 1923-cü il Lozanna sazişindən sonra Millətlər liqasının İraqı idarə etmək mandatı ilə möhkəmləndirilən yeni hüquqi status əldə etmiş Britaniya müstəmləkə administrasiyasının işğalında qalır. London Mosul vilayətinin İraqla birləşdirilməsində strategiyaca maraqlı idi ki, bu da müstəmləkə Hindistanının təhlükəsizliyinə zəmanət verirdi. Məntiq sadədir: ingilislər (Berlinin niyyətinə görə) Bosfor sahillərindən Konya və Adanadan Hələbə, Mosula və Bağdada gedən Bağdad dəmiryolu layihəsinin zərfinə nəzarət əldə edirdilər ki, sonralar (şiələrin məskunlaşdığı) Bəsrə və Fars körfəzi sahilində yerləşmiş Küveytə çıxsınlar.

Bəzən elə görünür ki, fransızlar I dünya savaşı illərində Yaxın Şərqdə üstünlüyü bilə-bilə ingilislərə veriblər. Britaniyanın “Independent” qəzeti bu halla bağlı L. Corcla Fransa baş naziri Jorj Klemansonun Paris konfransında baş tutmuş dialoqunu misal gətirir. “Klemanso Mesopotamiya və Fələstini müzakirə edərək Yaxın Şərqə xüsusi maraq göstərmədən bildirib: “Mənə de görüm, Siz nə istəyirsiniz?” Corc cavab verib: “Mən Mosulu istəyirəm”. Klemanso: “Siz onu əldə etməlisiniz. Daha nəsə var?” Corc: “Bəli, həmçinin Yerusəlimi istəyirəm”. Klemanso razılaşaraq xəbərdarlıq edib ki, xeyli neft yatağının cəmləşdiyi Mosula görə problemlər ola bilər”.

Buna baxmayaraq, Fransa-Britaniya münasibətləri rəqabətliydi. London və Parisin ziddiyyətlərinin ətraflı mənzərəsini araşdırıcılar Kristofer Endryü və Aleksandr Kanya-Fostner təsvir edirlər ("The Climax of French Imperial Expansion", 1914−1924, P. 198): “Klemanso 1918-ci ilin dekabrında Mosulu Londonun sərəncamına verib yerli neft yataqlarına bərabərhüquqlu çıxış nəzərdə tuturdu. Fransanın yanacaq məsələləri üzrə  ali komissarı Berenger 1919-cu ilin yanvarında bu hadisə üzrə Londonda Böyük Britaniyanın neft naziri Valter Lonqla danışıqlara başladı. Tərəflər aprelə doğru razılıq əldə etdi ki, fransızlar Parisin Suriya ərazisindən Aralıq dənizinə neft kəməri çəkmək icazəsinin əvəzinə “Turkish Petroleum Company” səhmlərinin 20-25%-i əldə edəcək. Britaniya nazirlər kabineti 1919-cu il mayın 8-də Lonq-Berenger sazişini təsdiqlədi… Sonralar Lloyd Corc sazişin fransızlara “Mesopotamiya neft yataqlarının bir qismini təklif etdiyini” bildirib neft kəməri ilə kifayətlənməməyə və Suriyadan keçməklə Hayfanı Mosulla birləşdirməli olan dəmiryolu salmağa çağırdı. Klemanso rədd cavabı verdi. O zaman Corc neft sazişini ləğv etdi. Fransa ingilislərdən qisas almaq üçün Mosulu güzəştə getmək qərarını təkrar gözdən keçirtdi”.

Qaldı ki, 1890-cı illərin ortalarında İstanbuldan Konya və Adanaya dəmiryolu salmış almanlara, onlar o zaman fransız-ingilis kapitalının əsarətində olan Süveyş kanalından asılılığı azaltmaq ümidiylə Bağdad yolundan yararlanmağa can atırdılar. Lakin Berlinin iddiaları Osmanlı imperiyasının hüdudları ilə məhdudlaşmırdı. Məsələn, Vyana səfiri Nikolay Şebeko 1911-ci il martın 4/11-də Rusiya imperiyasının xarici işlər naziri Sergey Sazonova məlumatında İranı Almaniya ixracat sənayesinin əsas hədəflərindən biri kimi nəzərdən keçirir: “Yol gələcəkdə başa çatmış halda Almaniya sənayesinə Kiçik Asiya, Suriya və Mesopotamiyanı, Bağdad-Xanakin-Tehran xətti başa çatdıqdan sonra isə İranı da  öz məhsulları ilə doldurmaq imkanı verəcək. Almaniya üçün yolun siyasi əhəmiyyəti Türkiyənin dirçəldilməsi və gücləndirilməsindən ibarətdir və qaçlılmaz şəkildə bütün ölkə boyu İstanbuldan Fars körfəzinə qədər gedən və hər tərəfə şaxələnən dəmiryolunun çəkilişinə səbəb olmalıdır. Türkiyənin güclənməsi, xüsusən də hərbi qüdrəti son illərdə Osmanlı imperiyasını Üçlük İttifaqına cəlb etməyə yönəlmiş Almaniya siyasətinin əsas  vəzifələrindən biridir”.

Burası da var ki, Mosul vilayətinin strateji dəyərini təkcə Avropa paytaxtlarında deyil, həm də İstanbulun özündə də anlayırdılar. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal 1919-cu il 28 dekabr çıxışında Antioxiya (Sələvilər dövlətinin keçmiş paytaxtı, indi Xatay vilayətinin Antakya şəhəri ), Mosul, Süleymaniyyə və Kərkük daxil olmaqla ölkənin milli ərazilərindən danışıb. Mosulun İŞİD-dən azad edilməsində İranın iştirakına ağrılı şəkildə yanaşan Türkiyə siyasi elitasının düşüncəsində o vaxtdan bəri az şey dəyişilib. Amma burada məsələ təkcə tarixi iddialarda deyil, çağdaş geostrategiyadadır. Axı Yaxın və Orta Şərqdən keçməklə Avropa Birliyinə dəmiryolu inşası üzrə ÇXR layihəsi nə zamansa Suriya dəmiryolu (Hələbdən Dəməşq və Beyruta qədər) və Hicaz dəmiryolu (Məkkəyə qədər) ilə tamamlanan Bağdad dəmiryolunun reanimasiyasıdır. Fərq bundan ibarətdir ki, ötən yüzillikdə “böyük oyun”un iştirakçılarının sayı hiss olunacaq dərəcədə artıb və Çinlə Almaniyanın yaxınlaşması İngiltərə üçün artıq qarabasma deyil. Əksinə, “İpək Yolu”nun lobbiçisi rolunda məhz Səmalar ölkəsinin milli sərhədlərindən kənarda yuanla ticarətin əsas əməliyyatçısı London çıxış edir. Lloyd Corcun Mosuldan Suriyanın Aralıq dənizi sahillərinə neft kəməri ideyası 2010-cu ilin dekabrında Suriyada qızışdırılmış vətəndaş münaqişəsi üzündən hələ də inşa olunmayan İran-İraq-Suriya magistral qaz kəməri layihəsində öz təcəssümünü tapır. Barak Obama və administrasiyası, Klemanso kimi, Çin və onun bölgəsəl əsas müttəfiqi İranın iddia etdiyi nəqliyyat dəhlizini dağıtmağa üstünlük verib.

Sərkis Saturyan

REGNUM İA, 01.11.2016

Strateq.az



Xəbərin oxunma sayı : 136




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap