Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hələbdə Bəşər Əsədin tərəfdarları ilə İranyönlü silahlılar arasında toqquşma olub –85 nəfər ölüb, 110 nəfər yaralanıb

Tarix 19.10.18, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Suriyanın Hələb bölgəsində Bəşər Əsədə bağlı “Şebbiha” xüsusi təyinatlıları ilə İranın dəstəklədiyi silahlı qruplaşmalar arasında baş verən toqquşma nəticəsində 85 nəfər ölüb, 110 nəfər isə yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Suriyada silahlıların nəzarəti altına keçən ərazilərdən əldə edilən qənimət üstündə baş verib. B.Əsədə sadiq ordunun hərbçiləri “Şebbiha”la İranyönlülərin toqquşmasına müdaxilə etməyib. Hələbin ərazisinin 65 faizinə 5 il ərzində Suriya Azadlıq Ordusu nəzarət edib. Hazırda bu ordu həmin bölgələri tərk edib və ərazilər “Şebbiha” və İranyönlü silahlıların nəzarətinə keçib.

Bildirilib ki, “Şebbiha” 1980-ci illərdə Suriyanın o vaxtkı Prezidenti Hafiz Əsədin oğlu Namir Əsəd və qardaşı Rifat Əsəd tərəfindən yaradılıb. Bu silahlı dəstə Berri və Beggara tayfalarının nümayəndələrindən ibarətdir. Onlar hazırda Suriyada Bəşər Əsəd tərəfədindən döyüşürlər. BMT “Şebbiha”nı cinayətkar dəstə kimi tanıyıb. Qeyd edək ki, Bəşər Əsəd rejimi ələ keçirdikləri ərazilərin yağmalanmasını qanuniləşdirmək üçün 4 ay əvvəl “Milli əmlak qanunu”nu qəbul edib.



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap