Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həmin çantanın içində nə vardı? - “Putin heç kimi yaxına buraxmır deyə, mən apardım“

Tarix 25.10.21, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Benneti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.

Virtualaz.org xəbər verir ki, görüşdə İsrail baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.

Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada “havadan çəkilmiş, hərbi xarakterli fotolar” və Putin üçün suvenir yer alırdı:

-Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı.

Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.

Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennet arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.

-Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Benneti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi,-nazir bildirib.

İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennetin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparlamlı olmuşdu.

Zeev Elkin danışıqların “praktiki nəticələrinin” olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.

-Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı.



Xəbərin oxunma sayı : 763




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap