Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Həmyerlisini həyətində görüb öldürmüşdü - namus qətlinə görə 13 il 6 cəza tələbi

Tarix 24.07.19, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Şabran rayonunda baş verən qətlə görə məhkəmə iclası davam etdirilib. İlkin məlumata görə qətl hadisəsi namus üstündə törədilib. Amma həbs edilən şəxs qətli özünün törətmədiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilərək həbs edilən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İttihama görə, Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib. 

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

Bu gün hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Prokuror V.Hacıyevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Vüsal Hacıyev ittihamla razılaşmır. Deyir ki, bu qətli törədən İsmayıl Səfərəliyev adlı şəxsdir. Vüsal günahsız olduğunu deyib.

O, İlham adlı şəxsin Ruslanı öldürdüyünü və Tümenə qaçdığını bildirib: "İlham indi burda yoxdur. Amma onu tapmaq belə istəmədilər. Mən bunu müstəntiqə də dedim. Bir daha qeyd deyirəm ki, əgər mən onu öldürmək istəsəydim, bir neçə il əvvəl olan hadisəyə görə, həyətimdə tutanda öldürərdim. Amma bunu eləmədim. İndi isə buna görə ittiham olunuram".

Vüsal Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 271




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap