Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hərbçilərimiz dünya çempionatında iştirak edəcək

Tarix 15.09.17, 2:57

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 32-ci dünya çempionatında iştirak edəcək

"Ölkə.Az"ın məlumatına görə, Komandamızı sərbəst güləş növündə Əfqan Xaşalov (57 kq.), Qalib Əliyev (61 kq.), Ağahüseyn Mustafayev (65 kq.), Coşqun Əzimov (70 kq.), Rəşad Yusifli (74 kq.) və Əşrəf Əliyev (86 kq.) təmsil edəcək.

Güləşin Yunan-roma növündə isə Azərbaycan heyətinin tərkibində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq.), Sənan Əlmirzəyev (71kq.), Həsən Əliyev (75 kq.), İslam Abbasov (85 kq.), Orxan Nuriyev (98 kq.) və Cavid Feyziyev (130 kq.) çıxış edəcək.

Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq.) və Tatyana Varantsova (53 kq.) sərbəst güləş növündə mübarizə aparacaqlar.

Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası mayor Taleh İsrafilov hazırlayırlar.
Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq.

Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşəcəklər.

Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində Dünya və Avropa çempionları, eləcə də Olimpiya oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir.



Xəbərin oxunma sayı : 142




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap