Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladı

Tarix 22.06.21, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

AzFakt.com xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcək.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

- Siqnalla gəmi və katerlərin döyüşə və səfərə hazırlanması.

- Gəmi Komanda Məntəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması.

- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi.

- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizini Azərbaycan Respublikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsi cəlb edilərək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcək:

- Adada aşkar olunmuş terrorçuların müvəqqəti bazalarının zərərləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi, qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetiriləndən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlər iyunun 23-də başa çatacaq.



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap