Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hərbi Prokurorluq avtoşluq edən əsgərə cinayət işi açdı - RƏSMİ

Tarix 25.05.22, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb.

Hərbi Prokurorluqdan verilən məlumata görə, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.



Xəbərin oxunma sayı : 1327




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap