|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Hərbi vəziyyətdə telefonlar bloklana bilər – Novruz Məmmədovdan qərar
Tarix 04.12.18, 12:18 |
|
Nazirlər Kabineti “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edib.
AzFakt.com xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənəddə bildirilir ki, qaydalar “Hərbi vəziyyət haqqında” və “Telekommunikasiya haqqında” qanunlarına əsasən hazırlanıb.
Bu Qaydalar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinin gücləndirilməsini, eləcə də bu şəbəkə, qurğu və obyektlərin fəaliyyətinin sabitliyinin təmin olunmasını və buna nəzarəti, telekommunikasiya və poçt xidmətlərindən, televiziya və radio yayımlarından hərbi idarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların, həmçinin əhalinin istifadə xüsusiyyətlərini, telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin iş rejimini müəyyən edir.
Bundan başqa hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı səfərbərliyə hazırlıq planları və mülki müdafiə üzrə planlaşdırmanın nəticələri nəzərə alınır.
Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya və poçt operatorlarının, internet provayderlərin, teleradio yayımçılarının hüquqlarının və qanuni mənafelərinin, onların göstərdiyi xidmətlərdən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun həyata keçirilir.
Və nəhayət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi vəziyyət dövründə xüsusi iş rejiminə keçir, tabeli qurumlarında, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər telekommunikasiya, poçt operatorlarında və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində telekommunikasiya, poçt, televiziya və radio yayımı şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət edir. Milli Televiziya və Radio Şurası isə digər teleradio yayımçılarının yayım şəbəkələrinin dayanıqlı işinə nəzarət edir.
Qaydaların nələrdən ibarət olduğunu təqdim edirik:
Hərbi vəziyyət dövründə telekommunikasiya, poçt, televiziya və radio yayımı şəbəkələrinin idarə olunması
2.1. Hərbi vəziyyət rejiminin təmin edilməsi məqsədilə aşağıdakı tədbirlər nəzərdə tutulur:
2.1.1. telekommunikasiya, poçt, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin televiziya və radio yayımı şəbəkələri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və hərbi vəziyyət rejiminin tətbiq olunması ilə əlaqədar vəzifələri həyata keçirən hərbi idarəetmə orqanları, habelə xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi olan digər subyektlərlə əlaqəli şəkildə idarə olunur. Azərbaycan Respublikasında fəaliyyət göstərən digər televiziya və radio yayımı şəbəkələri isə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən hərbi idarəetmə orqanları ilə əlaqəli şəkildə idarə edilir;
2.1.2. telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinə və onların fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir;
2.1.3. hərbi vəziyyətin tətbiq edildiyi yerlərdə müdafiə ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə telekommunikasiya, poçt operatorlarının və teleradio yayımçılarının obyektlərində xüsusi iş rejimi tətbiq olunur, telekommunikasiya, poçt operatorları və teleradio yayımçıları tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti və qrupları təşkil edilir;
2.1.4. hərbi idarəetmə orqanlarının fəaliyyətlərinin əməliyyat-taktiki duruma uyğun təşkili, eləcə də informasiya mübadiləsinin operativliyinin təmin edilməsi üçün məxfilik rejimini qoruma imkanlarına malik dayanıqlı rabitə əlaqəsi qurulur;
2.1.5. telekommunikasiya operatorları tərəfindən ilk növbədə hərbi idarəetmə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılması, etibarlılığı və fəaliyyətinin sabitliyi, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilir, həmin orqanların telekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaradılır;
2.1.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi vəziyyət dövründə telekommunikasiya, poçt, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin televiziya və radio yayımı şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi və hərbi idarəetmə orqanlarının telekommunikasiya və poçt xidmətlərinə, eləcə də televiziya və radio yayımına olan ehtiyaclarının ödənilməsi üçün material ehtiyatlarını (səyyar telekommunikasiya vasitələri, qurğuları, fiber-optik kabellər və sonlama avadanlıqları, səyyar televiziya və radio yayımı avadanlıqları, nəqliyyat vasitələri və digər zəruri texnika) yaradır və material ehtiyatlarının saxlanılması üçün yerləri (anbar və bu kimi digər saxlanc yerlərini) müəyyən edir. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası digər teleradio yayımçıları tərəfindən zəruri material ehtiyatlarının yaradılmasına və onların saxlanılmasına dair aidiyyəti üzrə tapşırıqlar verir və nəzarəti həyata keçirir;
2.1.7. telekommunikasiya və poçt operatorları, teleradio yayımçıları tərəfindən material ehtiyatlarının etibarlı mühafizəsi təmin edilir;
2.1.8. telekommunikasiya şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi, hərbi idarəetmə orqanlarının ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və trafikin istiqamətləndirilməsinin xüsusi şərtlərini müəyyən edir;
2.1.9. hərbi vəziyyətin tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla məhdudiyyət qoyula bilər.
Hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri
3.1. Hərbi vəziyyət dövründə:
3.1.1. hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər;
3.1.2. telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, televiziya və radio yayımının fəaliyyəti isə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər;
3.1.3. hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya və poçt operatorları tərəfindən hərbi idarəetmə orqanlarının aşağıdakı ehtiyacları ödənilir:
3.1.3.1. telekommunikasiya xətləri və kanalları, texniki cəhətdən ayrılması mümkün olan telekommunikasiya xidmətləri;
3.1.3.2. telekommunikasiya şəbəkəsində nömrə tutumu və son avadanlıqlar;
3.1.3.3. internet şəbəkəsinə qoşulma;
3.1.3.4. radiorabitə kanalları və tezlikləri;
3.1.3.5. tələbata uyğun digər telekommunikasiya vasitələri və qurğuları;
3.1.3.6. səyyar poçt xidmətlərinin təşkili.
3.2. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, televiziya və radio yayımı xidmətlərinin isə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının razılığı olmadan dayandırılmasına yol verilmir.
3.3. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına aşağıdakı hallarda yol verilir:
3.3.1. telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqda;
3.3.2. telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda.
3.4. Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin ilk növbədə hərbi idarəetmə orqanlarının istifadəsinə verilməsi ilə əlaqədar məhdudlaşdırılması və ya dayandırılması barədə qərar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin mövcud vəziyyətinin təhlili əsasında hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qəbul edilir. Qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir.
3.5. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər.
3.6. Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanları tərəfindən ilk növbəli abunəçilər müəyyənləşdirilir və telekommunikasiya xidmətlərindən istifadəyə üstün şərait yaradılması üçün onların siyahısı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən telekommunikasiya operatorlarına göndərilir.
3.7. Abunəçilərə telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda onların telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilir.
3.8. Abunəçilər hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanlarının telekommunikasiya xidmətlərindən maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.
3.9. Ehtiyac yarandıqda, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, hərbi vəziyyət dövründə məlumatların əhaliyə operaitv yayılması üçün əlavə resurslar ayırır.
3.10. Telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti hərbi vəziyyətin müddətindən artıq ola bilməz.
3.11. Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.
Hərbi vəziyyət dövründə poçtun xüsusiyyətləri
4.1. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq poçt operatorlarının fəaliyyəti mərkəzləşdirilmiş qaydada koordinasiya edilərək, hərbi idarəetmə orqanlarının, digər idarə, müəssisə və təşkilatların, əhalinin poçt xidmətlərinə olan ehtiyaclarının ödənilməsi təmin edilir, hərbi təyinatlı poçtun daşınması təşkil olunur.
4.2. Hərbi vəziyyət dövründə hərbi idarəetmə orqanlarının telekommunikasiya xidmətlərindən istifadə imkanları məhdudlaşdığı halda, onlara poçt operatorları tərəfindən səyyar poçt, xüsusi rabitə və ya kuryer xidmətlərindən istifadə imkanları yaradılır.
Xəbərin oxunma sayı : 229
Sosial
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV