Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hesablama Palatası üzvlərinin maaşı artırıldı – Qanun dəyişdi

Tarix 18.04.19, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

AzFakt.com xəbər verir ki, bununla da qanuna aşağıdakı dəyişikliklər edilib:

Maddə 1. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22.12-ci maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;

1.2. 22.16-cı maddənin ikinci cümləsindən “, habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.”;

1.3. 28.6-cı maddənin dördüncü cümləsindən “və” sözü çıxarılsın;

1.4. aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:

“34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap