![]() |
|














Hesablama Palatasının hesaba ala bilmədiyi Leysan Məmmədov – Şok korrupsiya faktları və mübhəm cəzasızlıq
Tarix 24.05.23, 15:37 |
|

Azərbaycanda vəzifədə uğur qazanmaq üçün heç də həmişə savad gərək olmur. Bəzən savadsız da "irəli gedə” bilir. Yaxud bəzən savadlının başqa "bacarıqları” da karyerada yüksəlmək üçün vacib ola bilir. Məsələn, bir sıra şəxslər var ki, onların yüksək vəzifəyə gətirilməsi məhz müəyyən bacarıqlarının olmasından qaynaqlanır. Daha konkret desək, bu adamlar işlədiyi qurumlarda dövlət vəsaitlərinin mənimsənilməsində əsas fiqurlar olurlar. Onlar korrupsiya sxemini yaradır və onun həyata keçirilməsini təmin edir. Belələrinə mediada "qara kassa”, "kölgə adam” və s. kimi adlar qoyulur. Onlar adətən rəhbərlərin tapşırıqlarının icraçısı kimi tanınsalar da, öz maraqlarına xidmət etməyi də unutmurlar. Beləliklə, həm qazandırır, həm qazanırlar.
Adı indiyədək çox hallanmayan, lakin xeyli böyük korrupsiya əməllərinin şübhəlisi kimi tanınan şəxslərdən biri də bir neçə gün əvvəl Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsindən çıxarılan Leysan Məmmədovdur. AFN.az-a L.Məmmədovla bağlı məlumat verən mənbə bildirir ki, müavin vəzifəsindən getdikdən sonra yeni vəzifəsi onu çox gözlətməyib. Belə ki, L.Məmmədovun Qarabağda gedən tikinti işlərində nəzarətçi olacağı bildirilir. Bu barədə onun özü ilə söhbətimizdə də təkzib etmədi. O haqda bir qədər sonra.
Onun haqqında apardığımız araşdırma zamanı olduqca maraqlı faktlar üzə çıxartdıq. Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi işə başlayan L.Məmmədov burada rəngsaz, baş mexanik, iş icraçısı, tikinti ustası işləyib, nəhayət rəis vəzifəsinə qədər yüksəlib. Tikinti sahəsində bir sıra vəzifələrdə çalışan "qəhrəmanımız” 1996-cı ildə Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə təyinat alıb.
Bir müddət burada işlədikdən sonra fəaliyyət sahəsini tamam fərqli sferaya dəyişib: 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi kimi çalışmağa başlayıb. Əmək Müfəttişliyində 8 ilə yaxın bas müfəttiş vəzifəsində işləyəndən sonra 2006-cı ildə başqa bir sahəyə keçib: Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə direktor müavini. Burada uzun müddət - 2009-cu ildən 2021-ci ilin yayına qədər direktor vəzifəsində işləyib. Elə onun haqqında danışan mənbəmiz bildirir ki, fəaliyyətinin ən "məhsuldar” dövrü də məhz burada çalışdığı illər olub.
Böyük obyektlərin böyük işləri Leysan Məmmədova həvalə edilib
Rəsmi məlumatlara inansaq, 2006-ci ildən başlayaraq vəzifədən çıxarılana qədər Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Mənbəmiz bildirir ki, L.Məmmədovun GİN-dəki vəzifəsindən azad olunma tarixi və səbəbi heç yerdə açıqlanmır. Onun yüksək keyfiyyətlə tikib təhvil verdiyi bildirilən obyektlər sırasında Şəmkir, Hövsan, İsmayıllı, Şağan Olimpiya İdman Kompleksləri (2009-cu il); Ağdaş, Göyçay, Balakən OİK-ləri, Kür Avarçəkmə müəssisəsi (2010-cu il); Tovuz, İmişli, Sumqayıt, Qəbələ Olimpiya İdman Kompleksləri (2011-ci il); Astara OİK, Səadət Sarayının çox yüksək səviyyədə yenidən qurulması, Tofiq Bəhramov adına Stadionun yenidənqurma işləri (2012-ci il); Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri (2013-cü il); respublikamızın bölgələrində çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektlərinin adları çəkilir.
Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib.
Mənbəmiz bizə təklif edir ki, internet məlumatlarını kənara qoyub L.Məmmədovun fəaliyyəti dövründə Hesablama Palatasının hesabatlarını araşdıraq. Biz də tənbəllik etmədən qurumun həmin illərə dair hesabatlarına göz gəzdirdik. Məlum olur ki, palatanın 2013-cü ildəki fəaliyyətinə dair hesabatında Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan büdcə vəsaitlərinin istifadəsində korrupsiya hallarına yol verildiyi əksini tapıb.
Məsələn, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirilir, lakin birdən-birə obyektin təyinatı dəyişdirilərək Gənclərin Təlim və İstirahət Mərkəzinə çevrilib. Tikinti işləri təzədən bu yöndə aparılır.
Hesablama Palatasının məlumatlarından aydın olur ki, 2 rayonda olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton işləri tamamlanmadığı halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Bundan başqa, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.Tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.
Gənclər və İdman Nazirliyinin müvafiq dövrə aid məlumatına əsasən, 2012-ci ilədək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazır idi. Komplekslərdən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.
Ayrı-ayrı rayonlarda fərqli məbləğə tikilən OİK-lər...
Əsas məsələ isə ondan ibarətdir ki, L.Məmmədovun rəhbərliyi dövründə tikilən olimpiya idman kompleksləri ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə təxminən 12 milyon manat, İsmayıllıda 11,5 milyon, Ağdaş, Şağan və Hövsanda 10, 5 milyon, Şəmkir və Balakəndə 10 milyon, Biləsuvar və Kürdəmirdə 9,2 milyon, Füzuli və Oğuzda 8,5 milyon, Ağdamda 3,6 milyon, Sabirabadda isə 837 min manat vəsait xərclənib.
Bu obyektlərin bəzilərinin göstəriciləri bir-birinə çox yaxın olsa da, qiymətlər arasında ciddi fərq diqqəti cəlb edir. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.
L.Məmmədovun fəaliyyət tarixçəsində fəxrlə vurğuladığı Avropa oyunları üçün obyektlərin tikintisinə rəhbərlik etməsidir. Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 milyon manatdan bir qədər az məbləğə başa gəlib. Bu məbləğləri mərhum nazir Azad Rəhimov açıqlasa da, nazirliyin internet saytında bu məlumatlar yerləşdirilməyib.
Avropa Oyunlarından əldə edilən "gəlir”
Palatanın 2015-ci il büdcəsinin icrası haqda rəyində isə idman obyektlərinin tikintisinə xərclənən vəsaitlər haqda məlumat var. Məsələn, Su İdmanı Sarayının tikintisi - 20 milyon 499,7 min manata başa gəlib. Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması isə büdcədən 39 milyon 984,9 min manat aparıb. Avropa Oyunları Parkının tikintisi 8 milyon manata, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi 7 milyon 648,0 min manata, Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisi 597,9 min manata, Yardımlı rayonunda İdman Kompleksinin tikintisi 196,7 min manata başa gəlib.
Qurum açıqlayıb ki, 2015-ci ildə I Avropa oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı investisiya xərcləri 1 milyard 329 milyon 184,5 min manat təşkil edib.
Hesablama Palatası dövlət büdcəsinə dair rəyində bildirilir ki, 2017-ci ildə idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 330 milyon 300 min manat vəsait ayrılıb.
2018-ci ildə isə yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılıb.
2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə idman obyektlərinin tikintisinə 202 milyon manat xərclənib.
Pandemiya dövründə davam edən "şıdırğı” tikinti prosesi
Pandemiya dövründə nəzərdə tutulan idman yarışlarının cüzi hissəsi keçirilsə də bu istiqamətdə ayrılan pulların hamısı L.Məmmədovun rəhbərlik etdiyi idarə tərəfindən xərclənib.
Hesablama Palatası Palata Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində 2020-ci ilin 20 oktyabrından 10 noyabrına qədər audit həyata keçirib. Audit seçilmiş obyektlərin tikintisinə başlanma tarixindən 01.10.2020-ci il tarixinədək olan dövrü əhatə edib.
Hazırlanan hesabata əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına tikintisi 2020-ci ildə başa çatmış 5 obyekt üzrə Nazirliyə ayrılmış 70 milyon 894,3 min manat vəsaitə qarşı 70 milyon 807,13 min manat maliyyələşmə və 70 milyon 786,6 min manat kassa xərci aparılıb. 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşundan ayrılan 197 milyon 207,7 min manatın 19 milyon 608,0 min manatı Olimpiya İdman Komplekslərinin tikintisinə yönəldilib. Auditə cəlb edilən obyektlərin tikintisinə 2012-2013-cü illərdə başlanıb, 2020-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılsa da, sənədləşmələrin ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub.
Məlum olub ki, başa çatdırılmamış qoyuluşların həcmi iki dövrdə ayrı-ayrı göstərilib. Belə ki, bu rəqəmlər 31.12.2019-cu il tarixinə maliyyə hesabatlarına əsasən 71 milyon 727,8 min manat göstərilsə də, Palataya təqdim olunan 24.02.2019-cu il tarixli məlumatda 55 milyon 832,9 min manat qeyd edilib.
01.10.2020-ci il tarixinə ayrılmış 8 milyon 159,3 min manat nəzərə alınarsa, yarımçıq qalmış tikintilərin başa çatdırılması üçün 40 milyon 471,1 min manat vəsait tələb olunurdu.
Audit zamanı o da məlum olub ki, auditlə əhatə olunan obyektlər (Lənkəran, Yardımlı, Beyləqan, Tərtər rayonlarında və Bakı şəhərində tikilən OİK-lər-red.) üzrə buraxılış layihələrini növbəlilik üzrə ayrıca əks etdirməklə, illər üzrə yeni və keçid layihələrin təsdiq edilmiş titul siyahıları, keçid layihələr üzrə bağlanmış müqavilələrin surəti, investisiya qoyuluşunun texnoloji strukturu, o cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə, layihə və layihənin əsas texniki və iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihə qabağı aparılmış araşdırmalar barədə məlumatlar Dövlət İnvestisiya Proqramına daxil edilmək üçün İqtisadiyyat Nazirliyinə təqdim edilməyib. Auditlə əhatə olunan beş obyekt üzrə sifarişçi tərəfindən hazırlanmış binanın əsas texniki iqtisadi göstəriciləri, memarlıq həlləri, mühəndisi və texnoloji avadanlıqlara dair tələblər Layihə tapşırıqlarına daxil edilməyib.
Bundan əlavə, Dövlət Statistika Komitəsinin məlumatına ("Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş vəsaitlərdən istifadə edilməsi”) əsasən, 2019-cu ildə əsas kapitala 19 milyon 608,1 min manat, Maliyyə Nazirliyinin təqdim etdiyi hesabata (19 nömrəli əlavə) əsasən 197 milyon 207,7 min manat, Nazirliyin təqdim etdiyi hesabata əsasən isə 20 milyon 292,0 min manat büdcə vəsaiti yönəldildiyi göstərilib.
OİK-lərin tikintisi zamanı yol verilən pozuntular rəsmi hesabatlarda
Şəhərlər üzrə OİK-lərin tikintisində baş verən pozuntular haqda da rəsmi sənədlərdə məlumatlar var. Məsələn, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə şəhər tikililərinin hüdudlarında yaşıllıq ərazilərin xüsusi çəkisinin 40 faizdən az olmamaq şərti ilə qəbul olunmasına baxmayaraq, obyektin Baş Planı üzrə yaşıllıq ərazisinin sahəsi 28,8 faiz qəbul edilib.
Tərtər Olimpiya İdman Kompleksinin tikintisində bu göstərici müvafiq olaraq 25 və 21,39 faizdir.
Aşkarlanan digər nöqsan tikintilərin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının spesifikasiyasının (təsnifat və xarakteristikası) göstərilməməsidir. Həmçinin oObyektlərin layihə-smeta sənədlərinin tərtibi zamanı layihə iş həcmlərinin və iş növlərinin smeta sənədlərinə artıq daxil edilməsi nəticəsində 534 min 148,48 manat fərqin yaranmasına yol verilib.
L.Məmmədovun rəhbərlik etdiyi idarə tərəfindən "Dövlət Satınalmaları haqqında” qanunun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanıb. Məsələn, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tikinti işlərinin yerinə yetirilməsi üçün bir mənbədən satınalma ilə bağlı müqavilənin bağlanmasına 28.02.2020-ci il tarixli məktubla razılıq verildiyi halda, podratçı təşkilatla 13.02.2020- ci il tarixində 645,7 min manat satınalma müqaviləsi bağlanıb. O cümlədən Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (iş və xidmətlərin) satınalınması təcili tələbatın yarandığı səbəb kimi göstərilərək 30.01.2018-ci il tarixində bir mənbədən satınalma metodları tətbiq edilməsinə razılıq alınsa da, podratçı təşkilatla 2018-ci ilin may ayının sonunda, yəni 4 aydan sonra 4 milyon 585,0 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.
L.Məmmədovun idarəsi ilə podratçı təşkilatlar arasında 4 obyekt üzrə bağlanmış 8 satınalma müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulan müddətlərdə işlərin yerinə yetirilməsi gecikdirilib və müqavilənin xüsusi şərtlərinin 8.1-ci bəndinin tələblərinə uyğun gecikdirilmiş 3513 günə görə hər gün üçün 0,01 faiz həcmində 2 milyon 88 min 705,7 manat cərimə hesablanması təmin olunmayıb. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə 3 halda gecikdirilmiş günlərin sayı 892, hesablanmalı cərimənin məbləği 323 min 68,4 manat, Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 1584, hesablanmalı cərimənin məbləği 1 milyon 38 min 76,0 manat, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 1 halda 358, hesablanmalı cərimənin məbləği 590 min 700,0 manat, Yardımlı Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 679, hesablanmalı cərimənin məbləği 136 min 861,3 manat hesablanır.
Bundan əlavə, obyektlərin smeta sənədlərində qüvvədə olan tikinti norma və qaydaları ilə müəyyən edilən "Qiymətləndirici”lərin düzgün tətbiq edilməməsi nəticəsində 1 milyon 28 min 671,27 manat məbləğində qiymət fərqinin yaranmasına yol verilib, "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək, podratçı təşkilatlara ƏDV ilə 415 min 572,57 manat məbləğində artıq vəsait ödənilib. Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170 min 583,0 manat, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63 min 662,0 manat, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 165 min 540,0 manat, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 15 min 787,57 manat ödənilib.
Maliyyə vəsaitlərinin idarəedilməsi üzrə düzgün olmayan qərarların qəbul edilməsi nəticəsində Tərtər Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə 2014-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər 554,5 min manat, 2015-ci ilin iyul ayından 2016-cı ilin fevral ayına qədər isə 356,6 min manat dövlət vəsaiti podratçı təşkilatın istifadəsində qalıb, digər podratçı təşkilata təqdim olunan "İşlərin qəbulu haqqında Akt”la (Forma №2) qəbul edilən işlərin dəyərindən artıq vəsait ödənilməsi səbəbindən 965,0 min manat debitor borcun yaranmasına yol verilib.
Audit zamanı o da üzə çıxarılıb ki, obyektlərin layihələri ilə smeta sənədlərində göstərilən iş həcmləri arasında 534 min 148,48 manat fərqin yaranmasına, "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçılara ƏDV ilə 415 min 572,57 manat məbləğində artıq vəsait ödənilməsi hallarına yol verilib.
Gənclər və İdman Nazirliyi niyə susub?
Audit qrupu tərəfindən aşkar edilmiş faktlara (nöqsan və uyğunsuzluqlara) Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan cavab məktubunda verilən izahatlara və yuxarıda göstərilənlərə əsasən qeyd etmək olar ki, dövlət büdcəsindən auditi aparılan obyektlərin tikintisinə və əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinin audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.
Beləliklə, Hesablama Palatası L.Məmmədovun rəhbərliyi altında böyük məbləğdə pulların faktiki olaraq mənimsənilməsi faktını aşkara çıxarıb. Auditdən sonra L.Məmmədov tərəfindən "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçı təşkilatlara ƏDV ilə artıq ödənilmiş 415 min 572,57 manat məbləğində vəsait, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 10 min 700,0 manat və Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 15 min 787,57 manat vəsait dövlət büdcəsinə qaytarılsa da, Palata Gənclər və İdman Nazirliyinin rəhbərliyinə tövsiyə malların (işlərin və xidmətlərin) satınalınması, eləcə də dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsini tövsiyə edib. Lakin nazirlikdən hüquq-mühafizə orqanlarına hər hansı müraciət göndərilməyib.
2021-ci ilin aprelində A.Rəhimov vəfat edəndən dərhal sonra L.Məmmədov nazirlikdəki vəzifəsindən uzaqlaşdırılsa da, qısa müddətdən sonra Minatəmizləmə Agentliyinə aparat rəhbəri vəzifəsinə təyinat alıb. Mənbəmiz iddia edir ki, bu transferin səbəbi torpaqlarımızın işğaldan azad edilməsindən sonra illərlə davam edəcəyi gözlənilən aktiv minatəmizləmə prosesinin əsas aparıcı qüvvəsinin isə Minatəmizləmə Agentliyi olmasıdır. "Quruma həm büdcədən, həm də xarici yardımlar hesabına böyük məbləğdə pullar ayrılır və bu həcm getdikcə artacaq. L.Məmmədov burada rahat "işləyə” bilərdi”. Lakin bu dəfə o bacarmadı. Hesablama Palatasının auditorları L.Məmmədovu təzə vəzifəsinin başında daha tez "salamladılar”.
L.Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, bütün qeyd edilənlərlə bağlı aidiyyatı qurumlar araşdırma aparıblar və qərar verilib: "Əgər qərar mənim əleyhimə olsaydı, bugünkü gündə vəzifədə olmazdım. İndi də Qarabağda bir MMC-də nəzarətçi işləyəcəm".
Mənbə: AFN.az
Xəbərin oxunma sayı : 451
loading...
Sosial
Xəbərlər
-
“Hafka” otelini satışa çıxardı: Borc böyüyür
-
Zakir Həsənov azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib - VİDEO
-
Məhkum bu hallarda vaxtından əvvəl cəzadan azad edilə bilər - VİDEO
-
Trampa qarşı ittiham irəli sürüldü: 20 il müddətinə həbs edilə bilər
-
Ermənilərin müxtəlif istiqamətlərdə təxribatlarının qarşısı alınıb - Müdafiə Nazirliyi
-
Binanın zirzəmisi xəstəlik mənbəyinə çevrildi - VİDEO
-
Azərbaycan ilk dəfə hərbi təyyarə alır... - VİDEO
-
Parklarda fəvvarələr niyə işləmir? - VİDEO
-
Xatirənin vannadan görüntüsü müzakirələrə səbəb oldu - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bəzi apteklərdə nağd alış tələsi: “Endirim”, yoxsa vergidən yayınma? - VİDEO
-
Məktəblərdə tədris vaxtından əvvəl bitib? - VİDEO
-
Samuxda kənd sakinləri bələdiyyə sədrinə etiraz etdi - VİDEO
-
Tikinti şirkətinin təsisçisi öz payını satır – Direktorunun adı “MTN işi“ndə keçir
-
Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə... - FOTO
-
Son sutkada 3 nəfər koronavirusa yoluxub - FOTO
-
Taksilərlə bağlı yenilik - Qiymət artacaq? (VİDEO)
-
“Ukrayna əks-hücuma başlayıb“ - Putin
-
“İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın” - Rəşad Dağlı
-
“Rusiya yüzlərlə İran PUA-sı alır, onları istehsal etməyi planlaşdırır“ - Ağ Ev
-
Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
-
“Kristal Abşeron”un binalarında təhlükəsizlik qaydaları kobud şəkildə pozulur - Ekspertdən açıqlama
-
Ukrayna yardım istədi - İlham Əliyev tapşırıq verdi
-
Nəsrin Cavadzadə Türkiyədə müğənniliyə başladı, klipini təqdim etdi - VİDEO
-
Ağcabədi xəstəxanasının şöbə müdirlərinə cinayət işi açılıb - Xəstə ölümünə görə
-
Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir? – Deputatın şərhi
-
Sevdiyi qızın görüşünə gedən dostunu qanına boyadı – Şok təfərrüat
-
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Türkiyə Mərkəzi Bankının ilk qadın prezidenti - DOSYE
-
Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
-
Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi
-
SEPAH terrorçular siyahısına daxil ediləcək - Senat hökuməti razı salıb
-
Moskvanın gözə girən barmağı – “Euronews”
-
Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında - FOTOLAR
-
Azərbaycanda banklar reklama nə qədər pul xərcləyirlər? – Siyahı
-
Masazırın bələdiyyə sədri vətəndaşdan 10 min manat alıb? - ŞİKAYƏT
-
“14 faizlə kredit götürən sahibkar nə ilə məşğul olsun?“ - Deputat
-
Baydenin oğlunun fahişələrlə lüt fotoları yayılıb - Qalmaqal
-
Günün transfer xəbərləri: Hazar və Di Mariya da MLS-ə gedə bilərlər
-
Rusiya sülhməramlıları ermənilərin hərbi daşımalarını müşayiət edir - VİDEO
-
“Elektron siqaretlər təhlükəlidir və sağlamlığa ciddi zərər yetirir“ - Nazirlik
-
Şəxsiyyət vəsiqələri üçün ödənilən rüsum azaldılır? - AÇIQLAMA
-
“Ordumuz havalar soyumamış Krıma daxil olacaq“ - Ukrayna MN
-
Bakıda qadın idmançılara adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - MƏHKƏMƏ
-
Sabahdan güclü maqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
“Körpü-Bina-Tikinti MMC“ 20,3 milyon manat ayrıldı - Cəbrayılda bina tikəcək
-
Şimşək çaxıb, qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA
-
100 min insanın yaşadığı qəsəbədə niyə bank yoxdur? - VİDEO
-
Avtobus dayanacaqlarında ödəmə terminalları yığışdırılır? - VİDEO
-
Xatirənin bu halını tənqid etdilər - FOTO
-
“Pulu düşünsəydim, ərəb klubuna keçərdim” - Messi
-
Bu şirkətlər ölkədən valyuta çıxarıb, amma... - ADLAR
-
Satışda saxta mühərrik yağları var? - VİDEO
-
Masallı və Cəlilabadda fermerlər iflas həddində: “Camaat əkindən imtina edəcək” - VİDEO
-
Bakı damları niyə qırlanırdı? - VİDEO
-
Azərbaycandan başqa harada dərman üç qat bahadır? - Araşdırma
-
Kirayə evlər ucuzlaşacaq - SƏBƏB
-
Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutuldu - RƏSMİ
-
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - ARAŞDIRMA
-
“Tavriya istiqamətində Rusiyanın üçdən çox bölüyü məhv edilib” - Ukraynalı komandan
-
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
-
Abdin Fərzəliyevin 3 milyonluq təmir-abadlıq işləri - Geyim satan, vergi borcu olan, qanunu pozan şirkətlərlər...
-
“Keçmiş ərim məni səkkiz ay işsiz qoydu” - Mina
-
Hərbi vəzifəlilərin təlim toplanışından görüntülər - FOTO/VİDEO
-
Regionda ən keyfiyyətsiz su Azərbaycandadır - Nə etməli?
-
“Nar” dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
-
Qurbanlıq heyvanların qiyməti açıqlandı - VİDEO
-
“ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin sayı ARTIRILDI
-
Mövlam Şıxəliyevin general rütbəsi geri alınır - Prosedur yekunlaşmaq üzrədir
-
Son sutkada Azərbaycanda 4 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
Azərbaycanda dərslər sentyabrın 1-dən başlaya bilər - AÇIQLAMA
-
Şuşaya “tur təşkil edən“ dələduz saxlanıldı - Video
-
“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdi
-
Sakinlərdən sayğaclara görə pul istəyən MTK-lara XƏBƏRDARLIQ
-
Xırdalan dairəsində şəhid plakatının arxasında inşa edilən obyektin sahibi kimdir? - ŞOK İSİM
-
Talıbovların 94 milyonluq bankını bu şəxslər alıb - DOSYE
-
Avropa Bankında gender davası – “Politico”
-
Zelenski Xersona gedib - VİDEO
-
Bakıda evə basqın: Saxlanılanlar arasında bacı-qardaş da var
-
Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - XƏBƏRDARLIQ
-
Talaçay-Zaqatala məntəqəsindən sel keçib - VİDEO
-
Rusiya sülhməramlıları Xankəndini mühasirəyə aldı - Ermənilərin çıxışına problemlər yaradılır
-
Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə - 412 min manatlıq tender
-
150-dən artıq nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb - DİN səbəbini açıqladı + VİDEO
-
Məzahir Pənahovu yoxlayıb yola salacaqlar?... – Bu səlahiyyəti məhdudlaşdırıldı
-
ABŞ kəşfiyyatının keçmiş rəsmisi: “Əlimizdə UNO-lar və onların pilotları var” - FOTO/VİDEO
-
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar - RƏSMİ
-
İxtisassız şəxslərin iş problemi ilə bağlı açıqlama - VİDEO
-
Talıbovların bankının yeni sahibləri açıqlandı - SİYAHI
-
Bakıda evə qayıdan kişi 74 yaşlı qonşusunu niyə öldürdü - DETALLAR
-
Konfrans Liqasının qalibi müəyyənləşdi - VİDEO
-
“Par-par parıldayıram, zirvədəyəm“ - Fotolar
-
“Real Madrid“ artıq dünyanın ən dəyərli brendi deyil - Reytinq
-
“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO
-
“Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir“ - VİDEO
-
Kim Çen In Şimali Koreyada intiharı qadağan etdi - KİV
-
Avtomobillərin utilizasiyası maşın bazarında qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Qadın alveri edən “Toppuş Günel”in cəzası 3500 manat oldu - Məhkəmə
-
Xocavənd və Şuşa istiqamətlərində mövqelərimiz atəşə tutulub - RƏSMİ
-
Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub - FOTO
-
“Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq“ - Numan Kurtulmuş
-
“Ukraynada hakimiyyəti dəyişdirmək lazımdır“ - Patruşev
-
Azərbaycanda tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edildi - DETALLAR
-
İçki içdi, 14 dəfə 102-yə zəng vurub qardaşından şikayət etdi - Gədəbəydə ilginc olay
-
Mənbəyi bilinməyən axıntı Pirallahını zibilxanaya çevirdi - VİDEO
-
Qarasu çayından sel keçib - Faktiki hava
-
“Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır“ - Ceyhun Bayramov
-
Gürcüstanda yeni hökumət böhranı - Hakim partiya ölkə prezidentinə qarşı
-
“Tərtər işi”ndə SENSASİON İTTİHAM: 3 gizirlə 1 kapitan yüzlərlə hərbçiyə işgəncə verib və...
-
Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv olundu – 2,5 milyon manatlıq dələduzluq…
-
“HZR Group“ Şuşada qanunsuz işçi işlədib - 20 min manat cərimə
-
“İdxaldan asılılığımız həmişə olacaq“ - İqtisadiyyat nazirinin müavini
-
ABŞ-da kimlər prezident olmaq istəyir? – “Nyu-York Tayms”
-
Deputatın bina tikən qardaşı sakinlərin çıxarışını vermir? - Gərginlik
-
Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən “ailə podratı“ kimindir?
-
“Qarabağda çalışan iş adamlarının çoxu şikayət edir“ - Deputat
-
“Kontakt Home”dan şikayət: Müştəriyə verilən çeki “edvgerial.az” qəbul etmədi
-
Qaxda restoran və evlər su altında qaldı - VİDEO
-
Sabah rayonlara yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
TOP 10
ARXİV