Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Həyat yoldaşını intihar həddinə çatdıran şəxs həbs edildi

Tarix 22.04.17, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 19-da Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İsmayılova Aynurə Xalid qızının yaşadığı evdə bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək özünü öldürməyə cəhd etməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, A.İsmayılovanın özünü öldürməyə cəhd etməsinə səbəb əri İsmayılov Eldəniz Allahverən oğlunun onu mütəmadi olaraq ləyaqətini alçaltması və amansız rəftar edərək döyməsi olub.

Müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim olunan A.İsmayılovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izi aşkar edilib.

E.İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 109




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap