Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Heydər Əliyev adına NEZ-in modernizasiyasının yubanmasının səbəbləri açıqlanıb

Tarix 13.10.17, 1:43

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiyasının bir neçə dəfə təxirə salınmasının səbəblərini açıqlayıb

“APA-Economics”in məlumatına görə, vitse-prezident Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Sammiti – 2017″-də çıxışı zamanı deyib ki, zavodun modernizasiyası ilə bağlı xarici şirkətlərlə məsləhətləşmələr aparılıb: “Vəziyyət gözlədiyimizdən daha pis olmuşdu. Ona görə də zavodun modernizasiyası ilə bağlı qrafiklər irəli çəkilir. Bundan başqa, konfiqurasiya ilə bağlı çətinliklər yarandı. Bura bir neçə xarici şirkətlər cəlb olundu. Müxtəlif təkliflər olduğundan layihənin razılaşdırılması vaxt aldı. Amma tam əminliklə deyə bilərəm ki, biz zavodun modernləşdirilməsi ilə bağlı işlərə heç vaxt ara verməmişik. Bu gün biz özəl bir komanda yaratmışıq. Bu, layihə idarəetmə proqramıdır. Burada yerli və xarici mütəxəssislər təmsil olunur. Bu istiqamətdə iş davam edir. Gələn ildən etibarən, yəni bitum qurğusu işə düşdükdən sonra yavaş-yavaş işlər gedəcək”.

Onun sözlərinə görə, modernləşdirmə işləri ilə bağlı layihənin dəyəri artıb: “Layihənin dəqiq dəyəri layihələndirmə, satınalma və tikinti müqavilələri imzalandıqdan sonra dəqiq olunacaq. Bu yenə də son qiymət olmayacaq. Çünki, bilirsiniz ki, iş prosesində qiymət +/-10%-ə yaxın dəqiq olacaq”.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap