Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Heydər Əsədova milyonluq villa üçün torpağı kim bağışlayıb – təfərrüat

Tarix 16.05.18, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş kənd təsərrüfatı nazirinin mülkləri haqda ilginc məlumatlar

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 yeni villası üzə çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, onun paytaxtın Binəqədi rayonu Varovski qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib.
“Yeni Müsavat” xəbər verir ki, sabiq nazirin Binəqədi rayonu ərazisində nəhəng villa inşa etdirməsi yeni xəbər deyil. Hələ iki il əvvəl mediada belə xəbərlər dərc olunmuşdu. Həmin xəbərlərdə iddia olunurdu ki, villanın yerləşdiyi ərazidə torpağın 1 sotu 100 min manata başa gəlir. Bildirilirdi ki, villanın yerləşdiyi torpaq sahəsini nazirə iş adamlarından biri hədiyyə edibmiş. Həmin villanın təmir işlərini isə digər iki iş adamı öz boynuna götürübmüş.
H.Əsədovun nazir postuna keçdikdən sonra həm ölkədə, həm də xaricdə biznesini genişləndirdiyi deyilir. Bildirilir ki, Heydər Əsədovun xaricdəki biznesini yaxın adamlarından biri idarə edib. H.Əsədovun kürəkəni Anar Məmmədovun hesabları üzərindən ölkədən külli miqdarda pullar çıxardığı da iddia edilir.  Yada salaq ki, sabiq nazirin oğlu Asif Əsədzadənin atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ən bahalı avtomobillərə sahib olduğu deyilir .
Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxləri ilə rəqabətə girdiyini də yazırdılar.

H.Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılıb. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti aiddir. H.Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirərkən öz postunu saxlaya bilmişdi. Hətta aqrar sektor üçün əlavə irihəcmli dövlət vəsaitlərinin ayrılması onun kreslosunda möhkəmləndiyi rəyi yaratmışdı.
İşdən çıxarılandan sonra Heydər  Əsədov yalnız bir dəfə mediaya qəzəbli  açıqlaması ilə yadda qalıb.  “Mənə niyə zəng etmisiz. Mən hazırda məşğulam” deyərək  açıqlama verməkdən yayıb.
Sabiq nazirin fəaliyyətinin yoxlanıb-yoxlanılmaması ilə bağlı dəqiq bilgi yoxdur. Yalnız o məlumdur ki,  Hesablama Palatası bu ilin yanvar ayının 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin dövlət büdcəsindən ayrılan vəsaitlərin və istifadəsinə dair hesabatı Milli Məclisə göndərib.

Yeri gəlmişkən, bu günlərdə deputat  Vahid Əhmədov sabiq nazirlərin fəaliyyəti ilə bağlı danışarkən  maraqlı mətləblərə toxunub. “Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü… Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Maliyyə Nazirliyinin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm.  Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.
Onlar da cavab versinlər. Yoxsa 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır. Bunlara heç kim cavab vermək istəmir” deyən deputat Hesablama Palatasının fəaliyyətini gücləndirməyə çağırıb: “Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.



Xəbərin oxunma sayı : 412

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda