Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hicran Hüseynova:“Azərbaycanda hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən uşaqlar var”

Tarix 18.05.19, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcburi olaraq daxil edilən, əməyə cəlb olunan uşaqlarımız var”

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

Onun fikrincə, əgər insan təhsillidirsə, savadlıdırsa onun həyata baxışı da fərqli olur.

Dövlət Komitəsinin sədri qız uşaqlarını keyfiyyətli təhsil almağa çağırıb: “Ona görə də qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almaları əsas hədəflərdəndir. Tədqiqatçıların fikrincə, təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas faktorlardan biridir. Təsəvvürünüzə gətirin ki, bir ailənin qız uşağı məktəbə gedir, keyfiyyətli təhsili əldə edir, daha sonra istədiyi peşəyə sahib olur, işləyir və əldə etdiyi gəlir hesabına ailəsinə maddi dəstək olur. Belə bir qız uşağının erkən yaşda ərə getməsi, ailə zorakılığına məruz qalması, yoxsul olması nadir hallarda baş verə bilər. Deməli təhsil almaq, peşə sahibi olmaq çox vacibdir”.

WhatsAppFacebookFacebook MessengerTwitterShare



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap