Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hikmət Hacıyev:“Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində yaşaya bilər”

Tarix 14.10.18, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan tərəfi reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə münaqişənin həllində real imkanlar yarana və nəticə etibarilə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları, əvvəlki dövrlərdə olduğu kimi, sülh və əmin-amanlıq şəraitində yaşayışlarını davam etdirə bilərlər: “Azərbaycanın zəngin multikultural ənənələri var, ölkəmizdə müxtəlif etnik və dini icmaların nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan bu kimi dəyərləri milli və beynəlxalq səviyyədə təşviq edir. Ermənistan isə monoetnik bir dövlətdir. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində, hətta Ermənistanın özündə müxtəlif etnik icmalara, o cümlədən köklü Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətləri də bütün beynəlxalq ictimaiyyət yaxşı bilir, bu barədə məlumatlıdır. Ona görə də Ermənistan tərəfi reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalı və münaqişənin həllində konstruktiv addımlar ataraq regionda davamlı sülhün təmin olunması istiqamətində səylər göstərməlidir.




Xəbərin oxunma sayı : 157




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap