Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Hikmət Hacıyev Pakistanın “Geo News TV” kanalında:“Ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutur“

Tarix 06.10.20, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


“Pakistan hələ 90-cı illərin əvvəllərində Ermənistanla hərbi münaqişənin başladığı bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyini dəstəkləyirdi. Azərbaycana qarşı işğal siyasəti yeridən, dinc əhalisini öldürən Ermənistanla Pakistanın indiyədək diplomatik əlaqələri yoxdur”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın “Geo News TV” kanalına açıqlamasında dilə gətirib.

“2020-ci ilin 27 sentyabr tarixində Ermənistan yenidən Azərbaycana qarşı təxribat törədəndə də Pakistan Azərbaycanı, onun ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini dəstəkləyən ölkələr arasında oldu. Vəziyyət hələ də gərgindir. Ermənistan Azərbaycanın dinc sakinlərini atəşə tutmağa davam edir. Azərbaycan Ordusu düşmənin hərbi hədəflərini məhv edərək vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatına başlayıb”, – deyən H.Hacıyev Ermənistanın hazırda təlaşa qapılaraq cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərləri də atəşə tutduğunu qeyd edib.

“Azərbaycan 30 ildir bu münaqişəni sülh yolu ilə həll prosesinə cəlb olunub. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti, mövcud vəziyyəti daha da gücləndirmək istəyi üzündən bu məsələdə hər hansı irəliləyişə nail ola bilmədik. Beynəlxalq vasitəçilərin də səyləri kifayət etmədi. Nəticədə vəziyyətin növbəti dəfə gərginləşməsinin şahidi olduq. Onlar tərəfindən danışıqlar prosesini sadəcə danışıq xatirinə uzatmaq cəhdləri göstərilirdi”, – deyə H.Hacıyev fikrini tamamlayıb/Report.



Xəbərin oxunma sayı : 442




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap