Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə - FOTOLAR

Tarix 27.03.26, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı keçirilib.

AzFakt.com xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edib.

Toplantıyla bağlı "X" hesabında paylaşım edən H. Hacıyev bildirib ki, Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə TDT çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib:

"Görüş zamanı təşkilatın Qəbələ Zirvə Görüşünün nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrliyi dövründə müəyyən olunmuş prioritetlərə istinad edilərək mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə də vurğuladığı kimi, zəngin təbii ehtiyatları, enerji potensialı və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur və Türk Dövlətləri Təşkilatı artıq vacib geosiyasi mərkəzlərdən birinə çevrilib".

Toplantı çərçivəsində Hikmət Hacıyev bir sıra görüşlər də keçirib.






Xəbərin oxunma sayı : 1519




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap