Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hikmət Hacıyevdən Şahbaz və Dilqəmlə bağlı açıqlama:“Onların səhhəti Azərbaycanı narahat edir“

Tarix 01.09.20, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: “Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: “Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun”/Trend



Xəbərin oxunma sayı : 5719




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap