Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Hillari prezident seçilsə, Ankara alternativ qarşısında qalacaq: əməkdaşlıq, yoxsa münaqişə? –Təhlil

Tarix 31.10.16, 18:57

Font ölçüsü : - / +
bitmap-img6

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenri Tayib Ərdoğan



Donald Trampın müsəlmanlara qarşı çıxış etdiyinə baxmayaraq  Ərdoğan rejimi və onun KİV-nin ona vurğunluğunun səbəbi təkcə onu rəqibi Hillari Klintonun ayağına yazılan “gülənizm” deyil. Rejim KİV-nin müəyyən müddət ərzində Trampa “ilişməməsi”, əlbəttə, bununla bağlıydı ki, Hillari İŞİD-ə qarşı mübarizədə “kürdlərin silahlandırılması”ndan danışırdı… Bu iki amilə baxmayaraq, düşünmürəm ki, KİV bəsit “zəif şər” məntiqini rəhbər tutmaqla Trampa üstünlük verir. Onların Trampı utancaq şəkildə qəbul etməsində, bəlkə də, zaman-zaman apardığı və dərinləşdirdiyi birbaşa müşahidələr rol oynayıb.

Analitiklərin əksəriyyətinin iddia etdiyi kimi, Tramp daxilə yönəlmiş  antibeynəlmiləlçidir… O bununla bağlı NATO və Transatlantik əməkdaşlığına şəkklə yanaşır. Ankara rejiminin respublikaçıların namizədinə üstünlük verməsinə bu amillər də səbəb ola bilərdi. Tramp seçiləcəyi halda ABŞ-ı daha sakit və qismən az müdaxilə yönlü xarici siyasət tərəfinə yönəldərdi. Bu durum isə həm daxili, həm də xarici siyasətdə Ankaradakı baş şəxsə əl verərdi…

Bütün bunlardan savayı, hakim rejimimiz zaman keçdikcə Trampa qarşı mülayimləşə bilərdi və bunu da normal qəbul etmək lazım gələrdi. Nəhayət, Tramp və bizim prezident sanki eyni mayadan yoğrulub. Hər ikisi dayanıqlı düzənə meydan oxumaqla siyasi aktivlər qazanıb.

Hər ikisi populist idi. Onlar guya viktimizasiya (qurbana çevrilmək prosesi və yaxud son nəticəsi-tərc.) hissinin bürüdüyü xalq kütlələrinin dəstəyini qazanmaqla elitalara qarşı savaşa başladılar.

Onların hər ikisinə avtoritar tendednsiyalar xas idi. Tramp Putinə sevgisini gizlətrmirdi. Ərdoğan da. Bir qayda kimi, avtoritar liderlər bir-biriylə yaxşı dil tapır. Hakimiyyət bölgüsü Trampa məmnunluq gətirmir, Ərdoğan isə bütün hakimiyyəti artıq çoxdan öz əlində cəmləşdirib.

Hər ikisi mətbuat azadlığına nifrət edirdi. Tramp 2008-ci ildə bizdə olduğu kimi hamının gözü qabağında jurnalistlərə həmlə edir, onları ələ salırdı… Tərəfdarları mətbuat təmsilçilərinə ilişirdilər.

Respublikaçıların namizədi hər münasib şəraitdə “KİV-ə etibar etmək olmaz” deyib jurnalistlərə münasibətdə düşmənçiliyi qızışdırırdı. Bildiyiniz kimi, Ərdoğan əlverişli imkan düşəndə deyir: “Biz qəzetlərin birinci səhifələri ilə mücadilə aparmaqla bura gəlib çıxmışıq”.

Tramp prezident olsaydı, ehtimal ki, deyərdi: “Qəzetlərin birinci səhifələri ilə mübarizə apararaq Ağ Evə gəlib çıxmışam”…

Amma o bu cür deməyəcək. Çünki Tramp prezident ola bilməz. Məhz buna görə Trampdan danışarkən keçmiş zamandan istifadə edirdik. Respublikaçılar elektoratının önəmli qisminin Trampın Ağ Evə gəlməyə layiq amerikalı olmadığını anlaması sayəsində Hillari irəlidədir və hər hansı gözlənilməz hadisə baş verməsə, 12 gündən sonra seçkiləri udacaq.

ABŞ-da ayrı-ayrı keçirilmiş on ictimai rəy sorğusunun ortalama nəticəsinə əsasən, Hillari seçicilərin tam 46,4%-i dəstəkləyir. Tramp altı faiz geridə qalır (40,3%). Hillarinin qələbəni zəmanətləşdirdiyi ştatlardakı qələbəsi də prezident seçilmək üçün yetərlidir. Deməli, indi Ərdoğan rejimi və onun KİV-lərinin Trampa münasibəti haqda keçmiş zamanda danışmağın mənası var.

Yaxın gələcəyə boylansaq, görərik: Hillarinin Obamadan daha çox müdaxiləçi siyasət yürüdücəyini güman etməyə ən müxtəlif səbəblər var. Hillarinin Amerikaya güclü beynəlxalq liderlik vəd etməyi buna səbəb ola bilər ki, Suriya, İraq və Rusiya ilə bağlı Ankara-Vaşinqton münasibətlərindəki problemlər daha da ağırlaşa bilər. Ehtimal ki, Ankara 2017-ci ilin yanvarından sonra bu cür alternativlə üzlşəcək: Hillari Klinton adminstrasiyasi ilə münaqişə və yaxud əməkdaşlıq etmək. Obama dönəmində meydana çıxmış “boz zona” və ya “qızılı orta” isə “münaqişə”, yaxud “əməkdaşlıq” alternativləri arasında sona varır.  

Kadri Gürsel

Cumhuriyet (Türkiyə), 31.10.2016

Strateq.az



Xəbərin oxunma sayı : 361




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap