Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Holcim Azərbaycan ASC-də qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - Video

Tarix 19.11.19, 8:41

Font ölçüsü : - / +
bitmap-img6


Holcim Azərbaycan ASC-də distribüterlərə külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı saytımıza müraciət daxil olub.

Axar.az xəbər verir ki, müraciətdə şirkətin Marketinq, satış və logistika üzrə direktoru Anar İsmayılovla ölkə satış meneceri Elnur Qurbanovun distribüterlərə külli miqdarda ziyan vurduğu iddia edilib.

Məlumata görə, 2018-ci ilin avqustunda zavod direktoru Frederik Guimbal, Anar İsmayılov, Elnur Qurbanov və distribüterlər arasında keçirilmiş görüşdə satış sisteminin dəyişdiyi, bundan sonra icra olunmuş plana görə bonus hesablanmayacağı deyilib.

Bununla da distribüterlərə xeyli maddi ziyan vurulub. Sonradan məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov həmin məbləği özləri mənimsəyib.

İddiaya görə, daha sonra distribüterlərə aşağıdakı vasitələrlə daha ciddi maddi ziyanlar vurulub:

- 2019-cu ilin mart ayında malın tonuna hesablanmış bonus məbləğinin ƏDV hissəsi (1.5 AZN) ləğv edilib.

- 2019-cu ilin rəqib zavodlarla eyni qiymətə mal satılıb və distribüterlərə əvəzi ödəniləcəyi vəd edilsə də (832 891 manat) ödənilməyib.

Məsələ ilə bağlı daha bir sensasion məqam isə işə kriminal dəstə üzvlərinin qarışmasıdır. Məlumata görə, adları açıqlanmayan dəstə üzvləri distribüterləri silahla təhdid edərək, dəymiş ziyanın ödənilməyəcəyini bildiriblər.

Müraciətdə qeyd edilib ki, Anar İsmayılovun bu çirkin əməlləri barədə sonradan zavod direktoru olan Frederik Guimbala da ətraflı məlumat verilib. Lakin Frederik Guimbal işə laqeyd yanaşıb.

Məsələ ilə bağlı Holcim Azərbaycan ASC-dən bildirilib ki, sözügedən iddialarla bağlı rəsmi sorğuya cavab veriləcək.

Xatırladaq ki, “Holcim Azərbaycan”la bağlı şikayətlər, narazılıqlar təkcə distribüterlərlə bağlı deyil.

Zavod səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir neçə gün əvvəl səhmdarlar aksiya da keçiriblər. Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.

Qeyd edək ki, “Holcim Azərbaycan” (Qaradağ Sement zavodu) 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

***

Holcim Azərbaycan ASC-də distribüterlərə külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı faktların detalları üzə çıxıb.

Məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov hansısa nüfuzlu şəxslərin adını yalandan çəkməklə külli miqdarda pulu mənimsəyiblər. Sonradan bu nüfuzlu şəxslərdən birinin yanında bu məsələ ilə bağlı görüş olub və görüşdə Elnur Qurbanov həmin şəxs tərəfindən danlanıb. Orada Elnur Qurbanova sonuncu xəbərdarlıq edilib və təxminən 100 min manata yaxın rüşvətin qaytarılması tapşırılıb.

Lakin bunun qarşılığında Anar İsmayılov və Elnur Qurbanov kriminal dəstə üzvlərini işə cəlb etməklə distribüterlərə hədə-qorxu gəliblər. Belə olan halda zərərçəkmiş distribüterlər Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının, qanunun olduğunu qeyd ediblər.

Adı çəkilən şəxslərin distribüterlərdən birinə 370881, digər ikisinə isə 347186 manat maddi ziyan vurduğu məlum olub.

Distribüterlərin bildirdiyinə görə, Holcim Azərbaycan ASC-nin rəhbəri Frederik Guimbal müxtəlif ölkələrdə şəxsi əyləncələrinə (Onun şəxsi əyləncələrinin görüntüləri də yayılıb – red.) külli miqdarda pul xərcləsə də, onlara olan borcu qaytarmaqdan boyun qaçırır.

Zərərçəkmişlər sözügedən məsələnin Azərbaycan Respublikasının qanunları çərçivəsində həll olunması üçün bütün vasitələrdən istifadə edəcəklərini bildiriblər.







Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap